Əlixan Musayev:
Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran! Onların sığınacağı yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir!
Bünyadov-Məmmədəliyev:
Ya Peyğəmbər! Kafirlərə qarşı (qılıncla), münafiqlərə qarşı (sözlə) vuruş. Onlarla sərt rəftar et. Onların məskəni Cəhənnəmdir. Ora necə də pis sığınacaqdır!
Elmir Quliyev
:
О Пророк! Сражайся с неверующими и лицемерами и будь суров с ними. Их пристанищем будет Геенна. Как же скверно это место прибытия!
Ələddin Sultanov:
Ey Peyğəmbər, kafirlərə və münafiqlərə qarşı cihad et və onlara qarşı sərt ol! Onların sığınacağı yer cəhənnəmdir. O necə də pis bir dönüş yeridir!
Kerbelayi Malik ağa:
Ey nəbi! Kafirlərlə və münafiqlərlə cihad et. Onlarla sərt davran. Onların sığınacağı yer cəhənnəmdir. Nə pis bir dönüş yeridir.
Ələsgər Musayev:
Ay
nəbi! Cihad et kafirlərlə və münafiqlərlə və onlara qarşı qəliz
ol! Onların sığınacaq yeri cəhənnəmdir və pis qayıdışdır!
A.Mehdiyev və D.Cəfərli:
Ey Peyğəmbər, kafirlərlə və münafiqlərlə cihad et və onlarla sərt rəftar et; onların qalacaq yerləri Cəhənnəmdir və ora necə də pis bir dönüş yeridir!
Kövsər Tağıyev:
Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı cihad et, onlara qarşı sərt davran. Onların gedəcəyi yer cəhənnəmdir. Nə pis mənzildir ora!
M.Qənioğlu və T.Bilaloğlu:
Ey peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı cihad et, onlara qarşı sərt ol! Onların sığınacağı yer cəhənnəmdir. Nə pis bir dönüş yeri!
Sabirə Dünyamalıyeva:
Ey Peyğəmbər! Kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] və münafiqlərə qarşı çalışqan ol, onlarla sərt rəftar et. Onların gedəcəkləri yer də cəhənnəmdir. Və o, necə də pis bir dönüş yeridir.