Mülk Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan (bir peyğəmbər) gəlmişdi. Amma biz (onu) yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik.
Bünyadov-Məmmədəliyev:
Onlar deyəcəklər: “Bəli, bizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: “Allah heç bir şey (vəhy) nazil etməmişdir. Siz sadəcə olaraq (haqdan) çox azmısınız!”
Elmir Quliyev :
Они скажут: "Конечно, предостерегающий увещеватель приходил к нам, но мы сочли его лжецом и сказали: “Аллах ничего не ниспосылал, а вы лишь пребываете в большом заблуждении”".
Ələddin Sultanov:
Onlar belə deyəcəklər: “Bəli! Bizə xəbərdar edən bir peyğəmbər gəlmişdi. Ancaq biz onu yalanladıq və: “Allah heç bir şey nazil etməmişdir. Siz böyük bir azğınlıq içindəsiniz!” - demişdik”.
Kerbelayi Malik ağa:
Onlar (cəhənnəmə atılanlar) dedilər ki: ‘Bəli, bizə nəzir gəlmişdi. Lakin biz onu yalanladıq Allah heç bir şey endirməmişdir, siz ancaq böyük bir dəlalət içindəsiniz, dedik.’
Ələsgər Musayev:
Deyərlər: «Bəli! Gəldi bizə nəzərə çatdıran yalançı saydıq onu dedik: “Nazil etməyib Allah bir şeydən. Siz ancaq zəlalətdəsiz böyük”
A.Mehdiyev və D.Cəfərli:
Deyərlər: «Bəli, şübhəsiz, bizə (Allah tərəfindən) bir qorxudan gəlmişdi, lakin biz onu təkzib etdik dedik: «Allah heç bir şey nazil etməmişdir. Siz ancaq böyük bir azğınlıq içindəsiniz».
Kövsər Tağıyev:
Onlar isə belə deyərlər: “Bəli, bizə bir xəbərdar edən gəlmişdi. Lakin biz onu inkar etmiş və: “Allah heç endirməmişdir. Siz ancaq böyük bir zəlalət içindəsiniz”, demişdik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyəcəklər: "Bəli, bizə bir xəbərdarlıq edən gəlmişdi, lakin biz onu yalançı hesab etdik dedik: “Allah heç bir şey nazil etməyib, siz isə ancaq böyük bir yoldan çıxmadasınız.“
Sabirə Dünyamalıyeva:
Onlar deyərlər ki: "Bəli, bizə xəbərdarlıq edən biri gəldi, lakin biz onu yalan saydıq ‘Allah heç bir şey nazil etməmişdir, siz ancaq böyük bir azğınlıq içindəsiniz’ dedik."