Əlixan Musayev:
Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır.
Bünyadov-Məmmədəliyev:
Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir.
Elmir Quliyev
:
Те же, чья чаша Весов окажется легче, потеряют самих себя, поскольку они были несправедливы к Нашим знамениям.
Ələddin Sultanov:
Kimin çəkisi (savabları) yüngül gələrsə, onlar ayələrimizə haqsızlıq etdikləri üçün özlərinə zülm edən kimsələrdir.
Kerbelayi Malik ağa:
Kimin (savab) ölçüsü yüngül gələrsə, onlar ayələrimizə haqsızlıq etdiklərinə görə nəfslərini ziyana uğradanlardır.
Ələsgər Musayev:
Kimin vəzni yüngüldür - həmin o kəslərdir ki, xəsarət yetirdilər nəfslərinə nə ilə ki, oldular ayətlərimizlə zülm edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Kimin ölçülmüş əməlləri yüngül və dəyərsiz olsa, onlardır Bizim ayələrimizə zülm etdiklərinə (onları qəbul etmədiklərinə və ya onlara əməl etmədiklərinə) görə öz vücud sərmayələrini ziyana uğratmış kəslər!
Kövsər Tağıyev:
Ancaq kimlərin savabı yüngül gələrsə, onlar ayələrimizə haqsızlıq etdikləri üçün özlərini ziyana salanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Kimlərin mizan-tərəziləri yüngül gələrsə, onlar ayələrimizə qarşı haqsızlıq etdikləri üçün özlərinə ziyan vuranlardır.
Sabirə Dünyamalıyeva:
Və kimin tərəzisi/çəkisi yüngül gələrsə, bax onlar, ayələrimizə qarşı zülm etetdikləri üçün özlərini ziyana uğradan kəslərdir.