Cin Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz (əvvəllər) (gizlicə )qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr.
Bünyadov-Məmmədəliyev:
Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.
Elmir Quliyev :
Прежде мы садились там на седалищах, чтобы подслушивать. Но тот, кто подслушает сейчас, обнаружит, что его подстерегает пылающий огонь.
Ələddin Sultanov:
Biz qulaq asmaq üçün onun (göyün) bəzi yerlərində otururduq. Ancaq indi kim qulaq asmaq istəsə, yandırıb-yaxan bir ulduzun (pusquda) onu gözlədiyini görər.
Kerbelayi Malik ağa:
Biz (mələklərin sözlərini) dinləmək üçün orada oturma sahələrində oturardıq. Lakin indi kim dinləmək istəsə, onu izləyən bir şihaba (yandırıb-yaxan ulduza) rast gələr.
Ələsgər Musayev:
q üçün. Kim indi qulaq asırsa, o, özü üçün od gülləsi tapar.
A.Mehdiyev və D.Cəfərli:
«Biz əvvəllər onun (göyün) bəzi yerlərində (mələklərin sözünü) eşitmək üçün oturardıq, lakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər».
Kövsər Tağıyev:
“Halbuki, biz (daha əvvəl) qeyb xəbərlərini dinləmək üçün göyün bəzi yerlərində otururduq. Lakin indi kim dinləməyə cəhd etsə, onu gözləyən yandırıcı bir işıq görər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz (vaxtilə) orada (deyilənlərin) eşidilə biləcəyi yerlərdə otururduq. İndi isə kim qulaq asarsa, onu gözləyən bir yandırıcı ulduzla üzləşər.
Sabirə Dünyamalıyeva:
heç şübhəsiz ki biz göydən xəbər eşitmək üçün oturulan yerlərdə otururduq. Yaxşı, indi hər kim bir xəbər eşitmək istəsə, qarşısına, keşik çəkən parlaq bir alov çıxır.