Əlixan Musayev:
O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu (özünə) Himayəçi götür!
Bünyadov-Məmmədəliyev:
O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. (Özünə) ancaq Onu vəkil et!
Elmir Quliyev
:
Господь востока и запада — нет божества, кроме Него. Сделай же Его своим Попечителем и Хранителем.
Ələddin Sultanov:
O, şərqin də, qərbin də Rəbbidir. Ondan başqa heç bir ilah yoxdur. Ona görə də sən yalnız Ona təvəkkül et!
Kerbelayi Malik ağa:
Allah şərqin və qərbin Rəbbidir. Ondan başqa İlah yoxdur. Elə isə Onu vəkil tut.
Ələsgər Musayev:
Məşriqin və məğribin Rəbbidir! Yoxdur Ilahi, ancaq Odur! Götür Onu vəkil
A.Mehdiyev və D.Cəfərli:
O, məşriqin və məğribin Rəbbidir, Ondan başqa heç bir tanrı yoxdur. Belə isə Onu özünə vəkil tut (və Ona təvəkkül et).
Kövsər Tağıyev:
O, şərqin də, qərbin də Rəbbidir. Ondan başqa heç bir ilah yoxdur. Elə isə Onu vəkil tut.
M.Qənioğlu və T.Bilaloğlu:
şərqin və qərbin Rəbbidir. Ondan başqa bir tanrı yoxdur. Onu (özünə) vəkil götür!
Sabirə Dünyamalıyeva:
O, məşriqin və məğribin; bütün səmtlərin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. Elə isə Onu vəkil tut; "bütün varlıqları müəyyən bir proqrama görə tərtibləyən və bu proqramı mühafizə edərək, dəstəkləyərək yerinə yetirən" olaraq tanı