Yunus Surəsi 90. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon onun qoşunu zülm düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət (Firon) (dənizdə) batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən müsəlmanlardanam!”
Bünyadov-Məmmədəliyev:
İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Firon əsgərləri zalımcasına düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!” dedi.
Elmir Quliyev :
Мы переправили сынов Исраила (Израиля) через море, а Фараон и его войско последовали за ними, бесчинствуя и поступая враждебно. Когда же Фараон стал тонуть, он сказал: уверовал в то, что нет Бога, кроме Того, в Кого уверовали сыны Исраила (Израиля). Я стал одним из мусульман".
Ələddin Sultanov:
İsrail oğullarını dənizdən keçirtdik. Firon əsgərləri zalımcasına düşməncəsinə onları izlədilər. Nəhayət, Firon boğularkən dedi: “Mən İsrail oğullarının inandığı ilahdan başqa bir ilah olmadığına iman gətirdim. Mən müsəlmanlardanam!”
Kerbelayi Malik ağa:
Biz İsrail oğullarını dənizdən keçirdik. Beləcə Firon onun ordusu zülm düşmənçilik məqsədiylə onları təqib etdi. (Sular) onu boğacaq səviyyəyə çatdığı zaman (Firon): ‘İsrail oğullarının inandığı İlahdan başqa ilah olmadığına mən iman etdim. Mən müsəlmanlardanam (təslim olanlardanam).’ dedi.
Ələsgər Musayev:
Biz Israil oğullarını dəryadan keçirtdik. Firaun onun əsgərləri qəzəb ədavətlə onların ardınca düşdülər. Ta onda ki, dərk etdi o qərq olur, dedi: «Inandım ki, yoxdur ilahi, ancaq Odur ki, Israil oğulları Onun ilə inandı mən təslim olanlardanam!»
A.Mehdiyev və D.Cəfərli:
İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Firon ordusu onları zülm düşmənçilik üzündən təqib etdilər. Nəhayət o, boğulmaq halına gəlib çatanda dedi: «İsrail övladlarının iman gətirdiyindən başqa bir tanrının olmamasına iman gətirdim mən təslim olanlardanam.»
Kövsər Tağıyev:
Sonra bunların ardından Firona onun əyanlarına da Musa Harunu da möcüzələrimizlə göndərdik. Lakin təkəbbür göstərdilər günahkar bir qövm oldular.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz İsrail övladlarını dənizdən keçirtdik. Firon onun qoşunu isə zülm düşmənçilik məqsədilə onların ardınca düşdülər. Suda qərq olmaq onu haqlayanda o dedi: "İnandım ki, İsrail övladlarının iman gətirdiyi tanrıdan başqası yoxdur! Mən təslim olanlardanam!"
Sabirə Dünyamalıyeva:
İsrail oğullarını bol sudan/çaydan keçirdik. Amma Firon əsgərləri zalımcasına düşməncəsinə onların dərhal təqib etdi. Sonunda boğulmaq [anı] ona gəlib çatdıqda: "Həqiqətən, İsrail oğullarının inandığı tanrıdan başqa tanrı olmadığına mən inandım, mən tabe olanlardanam" dedi.