Əlixan Musayev:
Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar (Allahın) onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər. Kafirlərə alçaldıcı bir əzab vardır.
Bünyadov-Məmmədəliyev:
Allahın Öz qullarından istədiyi şəxsə lütf etməsinə (peyğəmbərlik verməsinə) həsəd aparmaq, Onun göndərdiyini (Quranı) inkar etməklə (yəhudilərin) vicdanlarını satmaları nə qədər də pisdir! Bununla onlar (özlərinə qarşı) Allahın qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!
Elmir Quliyev
:
Скверно то, что они купили за свои души, не уверовав в ниспосланное Аллахом и завидуя тому, что Аллах ниспосылает Свою милость тому из Своих рабов, кому пожелает. Они навлекли на себя гнев, один поверх другого. Неверующим уготованы унизительные мучения.
Ələddin Sultanov:
Allahın Öz bəndələrindən istədiyinə lütf etməsinə həsəd aparıb Onun göndərdiyini inkar edərək, uğruna özlərini satdıqları şey nə qədər də pisdir! Beləcə, onlar qəzəb üstünə qəzəbə düçar oldular. Kafirlər üçün zəlil edici bir əzab vardır.
Kerbelayi Malik ağa:
Allahın qullarından dilədiyi kimsə üzərinə fəzlindən endirməsinə (vəhyə) həsəd edərək Allahın endirdiyi şeyi inkar etmələri və onunla özlərini satdıqları şey necə də pisdir. Beləcə qəzəbdən qəzəbə uğradılar və kafirlər üçün ‘alçaldıcı əzab’ vardır.
Ələsgər Musayev:
Pis alver edirlər onunla
öz nəfslərinə ki kafir olurlar nə ilə ki, nazil etdi Allah,
paxıllıqdan ki nazil edir Allah Öz fəzlindən üzərinə kim
istəyir bəndələrindən! Və bais oldular qəzəb ilə üzərinə
qəzəbin. Və kafirlər üçün əzab var alçaldıcı!
A.Mehdiyev və D.Cəfərli:
Özlərini satdıqları şey - Allahın Öz lütfü ilə istədiyi bəndəsinə (kitab) nazil etməsinə paxıllıq etdikləri üçün Onun nazil etdiyinə kafir olmaları - nə qədər də pis bir şeydir. Beləliklə, onlar (Allah tərəfindən) qəzəb üstündən qəzəbə düçar oldular. Kafirlər üçün xaredici bir əzab vardır.
Kövsər Tağıyev:
Allahın, qullarından istədiyinə lütfü ilə endirdiyi vəhyi qısqanclıqları səbəbi ilə inkar edərək əvəzində nəfslərini satmaları nə pisdir! Buna görə üst-üstə qəzəbə düçar oldular. İnkar edənlərə alçaldıcı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın istədiyi bəndəsinə Öz mərhəmətindən (bir şeyi) nazil etməsinə həsəd apararaq, Allahın nazil etdiyinə (Qurana) küfr etmək üçün vicdanlarını satmaları nəqədər də pisdir ! Onlar qəzəb üzərindən qəzəbə düçar oldular. Kafirlərə alçaldıcı bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Onların, qarşılığında özlərini satdıqları şey - Allahın Öz bəndələrindən istədiyinə Öz nemətini verməsini qısqanaraq, Allahın nazil etdiyi şeyləri; Quranı bilə-bilə rədd etməkləri necə də pisdir! Bax buna görə qəzəb üstünə qəzəbə düçar oldular. Xar edici əzab da yalnız həqiqətləri bilə-bilə inkar edənlər üçündür.