Əlixan Musayev:
Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz ər-Rəhmandır. Mənə tabe olun və əmrimə itaət edin!”
Bünyadov-Məmmədəliyev:
Harun isə bundan (Musa Tur dağından qayıtmamışdan) əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə möhkəm, hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə Allah tərəfindən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!”
Elmir Quliyev
:
Харун (Аарон) сказал им до этого: "О мой народ! Вас искушают этим. Ваш Господь — Милостивый. Следуйте за мной и повинуйтесь моим велениям".
Ələddin Sultanov:
Həqiqətən, Harun daha əvvəl onlara: “Ey qövmüm! Siz onunla ancaq sınağa çəkildiniz. Sizin Rəbbiniz şübhəsiz ki, Rəhmandır. Ona görə də mənə uyun və əmrimə itaət edin!” - demişdi.
Kerbelayi Malik ağa:
And olsun ki, Harun (ə.s) daha əvvəl onlara belə dedi: ‘Ey qövmüm, siz onunla sadəcə imtahan olundunuz! Şübhəsiz ki, Rəhman sizin Rəbbinizdir. Artıq mənə tabe olun və əmrimə itaət edin.’
Ələsgər Musayev:
Bundan qabaq Harun onlara
demişdi: «Ay qoumum! Siz bununla ancaq sınanırsınız.
Həqiqətən, Rəbbiniz Rəhmandır. Tabe olun mənə və itaət edin
əmrimə!»
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə Harun bundan qabaq onlara demişdi: «Ey mənim qövmüm, siz bunun (buzova sitayiş etməyinizin) vasitəsi ilə sınandınız; həqiqətən sizin Rəbbiniz Rəhman olan Allahdır, buna görə də mənə tabe olun və mənim əmrlərimə itaət edin.»
Kövsər Tağıyev:
And olsun, Harun daha əvvəl onlara belə demişdi: “Ey qövmüm! Siz bununla yalnız imtahana çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz ancaq Rəhmandır. Elə isə mənə tabe olun və əmrimə itaət edin”.
M.Qənioğlu və T.Bilaloğlu:
Harun isə hələ bundan əvvəl onlara demişdi: “Ey camaatım! Siz bununla sınağa çəkilirdiniz. Həqiqətən, sizin Rəbbiniz mərhəmətli Allahdır. Mənim ardımca gəlin və əmrimə tabe olun!"
Sabirə Dünyamalıyeva:
Və and olsun ki Harun daha əvvəl onlara: "Ey qövmüm! Şübhəsiz ki, siz bununla imtahana çəkildiniz/dindən çıxıb özünüzü atəşə atdınız. Və şübhəsiz ki, sizin Rəbbiniz Rəhmandır [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdır]. Mənə tabe olub əmrimə itaət edin!" demişdi.