Əlixan Musayev:
Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar!
Bünyadov-Məmmədəliyev:
Xeyr, Biz onları haqqı (haqq yol olan islam dinini) gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar!
Elmir Quliyev
:
Мы принесли им истину, однако они — лжецы.
Ələddin Sultanov:
Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə, doğrudan da yalançıdırlar.
Kerbelayi Malik ağa:
Xeyr, onlara haqqı gətirdik. Şübhəsiz ki, onlar həqiqətən təkzib edənlərdir (yalanlayanlardır).
Ələsgər Musayev:
Bəli, Biz gəldik onlara haqq ilə, onlar isə yalan saydılar
A.Mehdiyev və D.Cəfərli:
Əksinə, Biz (yaradılışın başlanğıcı, tovhid və yaradılışın sonu barəsində) onlara haqqı gətirdik və əlbəttə, onlar yalançıdırlar.
Kövsər Tağıyev:
Xeyr, biz onlara haqqı gətirdik. Lakin onlar, həqiqətən, yalançıdırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəli, Biz onlara haqqı gətirdik, onlar isə yalan danışırlar.
Sabirə Dünyamalıyeva:
Əslində Biz onlara haqqı gətirdik, onlar isə həqiqətən yalançıdırlar.