Əlixan Musayev:
Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır.
Bünyadov-Məmmədəliyev:
İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran şəxslərin tövbələri əsla qəbul olunmaz. (Doğru yoldan) azanlar məhz onlardır!
Elmir Quliyev
:
Воистину, от тех, которые стали неверующими после того, как уверовали, а потом приумножили свое неверие, не будет принято их покаяние. Они и есть заблудшие.
Ələddin Sultanov:
İman gətirdikdən sonra kafir olub, sonra küfrlərini daha da artıranların tövbələri əsla qəbul olunmaz! Onlar (doğru yoldan) azanlardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, iman etdikdən sonra inkar edənlərin və sonra da küfrlərini artıranların (üçüncü dəfə fisqə düşənlərin) tövbələri əsla qəbul edilməz. Onlar dəlalətdə olanlardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər
ki, kafir oldular ondan sonra ki, inandılar və artırdılar
küfrlərini, qəbul olunmayacaq onların qayıtmaları və həmin
onlardır zəlalətdə olanlar!
A.Mehdiyev və D.Cəfərli:
H?qiq?t?n imanlar?ndan sonra kafir olan, sonra oz kufrl?rini art?ran k?sl?rin tovb?l?ri ?sla q?bul olunmaz. (Cunki onlar?n tovb?si ya nifaq uzund?ndir, ya da ki, olumu musahid? ed?n zamand?r.) Onlard?r dogru yoldan azanlar.
Kövsər Tağıyev:
Şübhəsiz, iman etdikdən sonra inkar edən, sonra da inkarda dərinə gedənlərin tövbələri əsla qəbul edilməyəcək. Onlar məhz azğınlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirdikdən sonra küfr edən, sonra isə kafirlikləri daha da artan kəslərin tövbəsi qəbul olunmayacaqdır. Onlar yolu azmışlardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, iman gətirdikdən sonra küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən], sonra da küfrü [həqiqəti örtmək işini] artıran kəslərin səhvlərdən dönüşü qətiyyən qəbul olunmayacaq. Və onlar məhz azğınlardır.