Əlixan Musayev:
Bədəvilərdən üzrlü olduqlarını iddia edənlər (evdə qalmaq üçün) onlara icazə verilsin deyə gəldilər. Allaha və Onun Elçisinə yalan danışanlar isə (evdə) oturdular. Onlardan kafir olanlara üzücü bir əzab üz verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (üzr belə istəməyib evlərində) oturdular. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir.
Elmir Quliyev
:
Бедуины, которые уклонялись под благовидным предлогом, пришли для того, чтобы он позволил им остаться, и те из них, которые солгали Аллаху и Его Посланнику, остались сидеть. Тех из них, которые не уверовали, постигнут мучительные страдания.
Ələddin Sultanov:
Bədəvilərdən üzrlü olduqlarını iddia edənlər, (döyüşə getməsinlər deyə) özlərinə izin verilməsi üçün gəldilər. Allaha və Peyğəmbərinə yalan deyənlər isə (icazə belə istəmədən evlərində) oturdular. Onlardan kafir olanlara acı bir əzab üz verəcəkdir.
Kerbelayi Malik ağa:
Bədəvi ərəblərdən üzrlü olduğunu bəhanə edənlər evdə qalmaq üçün icazə verilsin deyə gəldilər. Allaha və Onun Rəsuluna yalan danışaraq evdə oturdular. Onlardan kafir olanlara əlim (acılı-ağrılı) əzab toxunacaq.
Ələsgər Musayev:
Ərəblərdən, gəldi üzr istəyənlər ki,
onlara izn verəsən və qaldılar o kəslər ki, Allahı və Onun
rəsulunu yalançı saydılar. Onların kafirlərinə ələmli əzab
yetişəcək!
A.Mehdiyev və D.Cəfərli:
Bədəvi ərəblərin üzürlüləri (qeyrət üzündən sənin yanına) gəldilər ki, onlara (cihada getmək üçün) icazə verilsin. Həmçinin səbəbsiz üzr istəyənlər gəldilər ki, (cihadı tərk etmək üçün) icazə alsınlar. Allaha və Onun Peyğəmbərinə yalan söyləmiş kəslər evdə oturdular (və cihaddan qalmaq üçün izn belə istəmədilər)! Tezliklə onlardan kafir olmuş kəslərə ağrılı bir əzab yetişəcəkdir.
Kövsər Tağıyev:
Bədəvilərdən özlərinə izin verilsin deyə üzrxahlıq edən kimsələr gəldilər. Allaha və Rəsuluna yalan danışanlar isə (üzrxahlıq belə diləmədən) oturub qaldılar. Onlardan kafir olanlara ağrılı-acılı bir əzab üz verəcəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bədəvilərdən bəziləri üzr istəyib gəldilər ki, onlara izn verilsin. Allaha və Onun peyğəmbərinə yalan satanlar isə döyüşə getməyib evdə qaldılar. Onlardan küfr edənlərə üzücü əzab üz verəcəkdir!
Sabirə Dünyamalıyeva:
Bədəvi ərəblərdən üzrlərini bəyan edənlər, icazə istəmək üçün gəldilər. Allaha və Elçisinə yalan söyləyənlər də oturub qaldılar. Onlardan kafir olan [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] kəslərə, tezliklə çox ağrılı-acılı bir əzab toxunacaqdır.