Nəhl Surəsi 91. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.
Bünyadov-Məmmədəliyev:
Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüzə zamin edib möhkəm and içdikdən sonra onu pozmayın. Həqiqətən, Allah etdiyinizi bilir!
Elmir Quliyev :
Будьте верны завету с Аллахом, который вы заключили; не нарушайте клятв после того, как вы их скрепите, ведь вы сделали Аллаха своим Поручителем. Воистину, Аллах ведает о том, что вы совершаете.
Ələddin Sultanov:
Əhd (müqavilə) bağladığınız zaman Allaha verdiyiniz əhdi yerinə yetirin Allahı şahid göstərərək andları möhkəmləndirdikdən sonra onu pozmayın! Həqiqətən, Allah sizin etdiklərinizi yaxşı bilir.
Kerbelayi Malik ağa:
(Allah) sizinlə əhdləşdiyi zaman Allahın əhdini yerinə yetirin. Onu möhkəmləndirdikdən (hidayətə ərdikdən) sonra əhdləri pozmayın. Siz Allahı üzərinizə zamin etmişdiniz (Allahu Təala sizi hidayətə ərdirmişdi). Şübhəsiz ki, Allah sizin etdiyinizi bilir.
Ələsgər Musayev:
Onda ki, Allahla əhd bağladınız, əhdinizə vəfa edin öz andınızı sındırmayın ondan sonra ki, möhkəm edibsiniz, çünki Allahı öz əhdinizə kifil qərar veribsiniz. Həqiqətən, Allah sizin əməl etdiyinizi bilir!
A.Mehdiyev və D.Cəfərli:
Allahla əhd-peyman bağladığınız zaman öz peymanınıza vəfalı olun öz andlarınızı onları möhkəmlətdikdən sonra (Allahın adını çəkməklə) Allahı özünüzə zamin götürdüyünüz halda pozmayın. Şübhəsiz, Allah etdiklərinizi bilir.
Kövsər Tağıyev:
Əhd bağladığınız zaman Allaha qarşı verdiyiniz sözü yerinə yetirin. Allahı özünüzə kəfil tutaraq möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Şübhəsiz, Allah etdiklərinizi bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz əhd-peyman bağlamısınızsa, onda Allaha verdiyiniz əhdə sadiq olun möhkəm and içdikdən sonra onu pozmayın. Siz ki, Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.
Sabirə Dünyamalıyeva:
əhdnamə bağladığınızda Allahın əhdini/Allaha verdiyiniz sözləri yerinə yetirin. Andlarınızı/əhdnamələrinizi möhkəm etdikdən Allahı özünüzə möhkəm zamin etdikdən sonra da onları pozmayın. Şübhəsiz ki, Allah etdiyiniz şeyləri bilir.