Möminun Surəsi 91. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir ilah yoxdur. Əks təqdirdə hər ilah öz yaratdıqlarını özü idarə etmək istəyər onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.
Bünyadov-Məmmədəliyev:
Allah (Özünə) heç bir övlad götürməmişdir. (Nə İsa Onun oğlu, mələklər Onun qızlarıdır. Əksinə, onların hamısı Allahın qüdrətindən yaranmış məxluqatlardır). Onunla yanaşı (ibadət ediləcək) heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, (öz məxluqatını ayırıb aparar) onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır!
Elmir Quliyev :
Аллах не взял Себе сына, и нет наряду с Ним другого бога. В противном случае каждый бог унес бы с собой то, что сотворил, и одни из них возвысились бы над другими. Аллах превыше того, что они приписывают Ему!
Ələddin Sultanov:
Allah Özünə övlad götürməmişdir. Onunla yanaşı heç bir ilah yoxdur. Yoxsa, əlbəttə, hər bir ilah öz yaratdığını idarə edər mütləq onlardan biri digərinə qalib gələrdi. Allah onların (müşriklərin) yaraşdırdıqları sifətlərdən uzaq pakdır!
Kerbelayi Malik ağa:
Allah Özünə övlad götürməmişdir. Onunla bərabər (başqa) bir ilah heç olmamışdır. Elə olsaydı bütün ilahlar mütləq öz yaratdığı ilə gedər mütləq onların bir qismi digər qisminə üstün gəlməyə çalışardı. Allah Ona aid etdikləri sifətlərdən münəzzəhdir (pakdır, uzaqdır).
Ələsgər Musayev:
Allah Özünə övlad götürmədi olmadı Onunla birlikdə ilahidən. Onda külli ilahi öz xəlq etdiyini aparardı onlardan bəziləri bəzisindən uca olardı. Sübhandır Allah nədən ki, vəsf edirlər.
A.Mehdiyev və D.Cəfərli:
Allah əsla Özünə (zatından ayrılmış uluhiyyət sifətləri ilə vəsf edilən) övlad götürməmişdir Onunla (birgə) əsla digər bir tanrı məbud olmamışdır. Yoxsa (əgər elə olsaydı) hər tanrı öz yaratdığını aparardı (və həmin şeyə yiyələnmək onun işlərinin idarə edilməsində məxsus üsulla davranardı nəticədə dünyanın hissələri arasındakı vahid nizam-intizam, idarəçilik pozulardı). (ziddiyyətli işlərin həyata keçirilməsi istiqamətində) mütləq biri digərini üstələməyə çalışardı (müstəqil vücud, qüdrət iradə bunu tələb edir). Allah (şəriki olması övlad götürməsi barəsində müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.
Kövsər Tağıyev:
Allah heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir ilah yoxdur. Elə olsaydı, hər ilah öz yaratdığını götürüb aparar mütləq bir-birilərinə üstün gəlməyə çalışardılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah Özünə heç bir övlad götürməmişdir onunla yanaşı heç bir tanrı olmamışdır. Yoxsa hər tanrı öz yaratdığını (öz yolu ilə) aparar onların biri digəri üzərində yüksəlməyə can atardı. Təriflər olsun Allaha ki, O, onlann verdikləri sifətlərdən yüksəkdədir,
Sabirə Dünyamalıyeva:
Allah, Özünə övlad götürməmişdir; Onunla birgə heç bir məbud da yoxdur. Əks təqdirdə, hər məbud mütləq özünün əmələ gətirdiyi şeylə birlikdə gedərdi mütləq digərlərindən üstün olmağa [çalışardı].