Əlixan Musayev:
Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?
Elmir Quliyev
:
Воистину, дьявол при помощи опьяняющих напитков и азартных игр хочет посеять между вами вражду и ненависть и отвратить вас от поминания Аллаха и намаза. Неужели вы не прекратите?
Ələddin Sultanov:
Şübhəsiz ki, şeytan içki və qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı anmaqdan və namaz qılmaqdan uzaqlaşdırmaq istəyir. Artıq (bunlara) son qoyacaqsınızmı?
Kerbelayi Malik ağa:
Halbuki şeytan şərab və qumar ilə aranıza düşmənlik və kin salmaq və sizi Allahı zikr etməkdən və namazdan ayırmaq istəyər. Siz artıq (bunlara) son qoydunuzmu?
Ələsgər Musayev:
Həqiqətən, şeytan istəyir ki, çaxır və
qumarla aranıza ədavət və kin salıb və qarşınıza sədd çəksin
Allahın yad edilməsindən və əməllərin islaha edilməsindən.
Artıq bu işlərdən əl çəkəcəksinizmi?
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?
Kövsər Tağıyev:
Şeytan içki və qumarla, ancaq aranıza ədavət və kin salmaq, sizi Allahı zikr etməkdən və namazdan yayındırmaq istər. Artıq əl çəkirsinizmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Şübhəsiz, şeytan şərab və qumarla aranızda ədavət və kin-küdurət salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istər. Siz özünüzü (bunlardan) saxlayacaqsınızmı?
Sabirə Dünyamalıyeva:
91) Həqiqətən şeytan, xəmr və qumarda sizin aranıza ədavət və kin salmaq və sizi, Allahı xatırlamaqdan, [Allahın] öyüdündən və səlatdan [maddi və zehni baxımdan dəstək olmaqdan; cəmiyyəti maarifləndirməkdən] uzaqlaşdırmaq istəyər. Elə isə son qoyan kəslər/əl çəkən kəslər olacaqsınızmı?