Əraf Surəsi 91. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onları dəhşətli bir şiddətli sarsıntı yaxaladı onlar öz evlərində üzüqoylu düşüb qaldılar.
Bünyadov-Məmmədəliyev:
Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
Elmir Quliyev :
Их постигло землетрясение, и они оказались повергнуты ниц в своих домах.
Ələddin Sultanov:
Beləliklə, onları dəhşətli bir zəlzələ bürüdü öz yurdlarında diz üstə düşüb qaldılar.
Kerbelayi Malik ağa:
Beləcə şiddətli bir sarsıntı onları yaxaladı. Bunun üzərinə öz yurdlarında diz üstə çöküb qaldılar.
Ələsgər Musayev:
Onda dəhşətli bir titrəmə tutdu onları sübh etdilər diyarlarında üzü üstə düşmüş halda.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə (göy gürultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü öz evlərində diz çökmüş üzləri üstə düşmüş halda hamısının canları çıxdı.
Kövsər Tağıyev:
Belə olduqda onları o qorxunc sarsıntı yaxaladı, yurdlarında üzü üstə hərəkətsiz çöküb qaldılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara elə bir zəlzələ üz verdi ki, onlar öz evlərindəcə üzüquylu düşüb qaldılar.
Sabirə Dünyamalıyeva:
Belə olduqda, o dəhşətli sarsıntı onları yaxaladı, yurdlarında dizləri üstündə çöküb qaldılar.