Əlixan Musayev:
Allaha və Onun Elçisinə sadiq qalacaqları təqdirdə acizlərə, xəstələrə və (döyüşdə) vuruşmağa vəsait tapa bilməyənlərə (evdə qalmaqda) heç bir günah yoxdur. Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur. Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Нет греха на немощных, больных и тех, которые не находят средств на пожертвования, если они искренни перед Аллахом и Его Посланником. Нет оснований укорять творящих добро. Воистину, Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Allah və Peyğəmbəri üçün (insanlara) öyüd-nəsihət verəcəkləri təqdirdə, acizlərə, xəstələrə, (döyüşə minik, yaxud silah almaq üçün) xərcləməyə bir şey tapa bilməyənlərə (döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə heç bir qınaq yoxdur. Allah bağışlayandır, rəhm edəndir. (Xəstə, aciz və kasıb olan müsəlmanlar döyüşə getməyib evlərində qaldıqları təqdirdə, fitnə çıxarmaz, döyüşə gedənlərin ailələrinə yardım edər və digər gözəl işlər görərlərsə, onlar üçün hər hansı bir günah yoxdur.)
Kerbelayi Malik ağa:
Allah və Onun Rəsulu üçün nəsihət (öyüd) verdikləri (sadiq qaldıqları) təqdirdə zəif və gücsüz olanların və xəstə olanların və infaq edəcək (verəcək) bir şey tapa bilməyənlərin də üzərində bir günah yoxdur. Muhsinlərin üzərinə (əleyhlərində) bir yol yoxdur. Allah Ğafurdur, Rəhimdir (rəhmət nuru göndərəndir).
Ələsgər Musayev:
Yoxdur çətinlik üzərində zəiflərin və xəstələrin
və o kəslərin ki, bir şey tapa bilmirlər xərcləməyə, onda ki,
Allah və Onun rəsulu üçün nəsihət edələr. Yaxşılıq edənlərin
əleyhinə də yol yoxdur. Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Qadın və uşaqlar kimi) zəiflərə, xəstələrə və xərcləməyə (yolxərci etməyə) bir şey tapa bilməyən kəslərə Allah və Onun Peyğəmbəri üçün (söz və əməldə) xeyirxahlıq edəcəkləri təqdirdə (cihadı tərk etmələrinə görə) bir günah yoxdur (onların boynuna vəzifə düşmür və buna görə də onlara təzyiq göstərilməməlidir). Yaxşı əməl sahiblərinə qarşı (onları məzəmmət etmək və cəzalandırmaq üçün) heç bir yol yoxdur. Allah çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Allaha və Rəsuluna qarşı sadiq və səmimi olduqları təqdirdə, zəiflərə, xəstələrə və (səfərdə) xərcləməyə bir şey tapa bilməyənlərə (səfərə qatılmadıqları üçün) bir günah yoxdur. Yaxşı işlər görən kimsələr(in məzəmmət olunması) üçün də bir səbəb yoxdur. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Zəiflərə, xəstələrə, xərcləməyə bir şey tapmayanlara, əgər Allaha və Onun peyğəmbərinə sadiqdirlərsə, heç bir günah olmaz. Xeyir işlər tutanlara toxunmağa bir yol olmaz. Axı Allah bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
Allah və Elçisinə qarşı səmimi olduqları təqdirdə, zəiflərə, xəstələrə və xərcləmək üçün heç bir şey tapa bilməyənlərə, Allah çox bağışlayandır, çox rəhm edəndir.