Əlixan Musayev:
yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə;
Bünyadov-Məmmədəliyev:
Yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza gətirməyincə;
Elmir Quliyev
:
или пока не обрушишь на нас небо кусками, как ты это утверждаешь; или не предстанешь перед нами вместе с Аллахом и ангелами;
Ələddin Sultanov:
Yaxud iddia etdiyin kimi, göyü üstümüzə parça-parça edib yağdırmalı və ya Allahı və mələkləri qarşımıza gətirməlisən.
Kerbelayi Malik ağa:
Ya da iddia etdiyin kimi səmanı parça-parça üzərimizə endirəsən və ya Allahı, mələkləri qarşımıza gətirərsən.
Ələsgər Musayev:
ya səmanın bir hissəsini
bizim başımıza salasan nə qədər ki, deyirsən, ya Allahı və
mələkləri dəstə-dəstə bizim müqabilimizə gətirəsən,
A.Mehdiyev və D.Cəfərli:
«Yaxud da göyü, güman etdiyin (və bizi onunla qorxutduğun) kimi parça-parça bizim başımıza tökəsən və ya Allahı və mələkləri dəstə-dəstə bizim qarşımıza gətirəsən».
Kövsər Tağıyev:
iddia etdiyin kimi göyü üstümüzə parça-parça düşürmədikcə, Allahı və mələkləri qarşımıza gətirmədikcə,
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud iddia etdiyin kimi səmanı üstümüzə parça-parça endirəsən, yaxud Allah və mələkləri qarşımıza gətirəsən.
Sabirə Dünyamalıyeva:
Yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə salmalısan, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən.