Bəqərə Surəsi 92. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Musa sizə açıq-aydın dəlillər gətirmişdi. O getdikdən sonra siz buzovu ilahiləşdirib özünüzə zülm etdiniz.
Bünyadov-Məmmədəliyev:
Musa sizə açıq-aydın dəlillər (möcüzələr) gətirmişdi. Siz isə onun ardınca (Musa Tur dağına getdikdən sonra) buzova sitayiş edərək (özünüzə) zülm etdiniz.
Elmir Quliyev :
Муса (Моисей) явился к вам с ясными знамениями, но в его отсутствие вы стали поклоняться тельцу, будучи беззаконниками.
Ələddin Sultanov:
Musa sizə açıq-aydın dəlillər gətirmişdi. Ondan (Musa Tur dağına getdikdən) sonra haqsızlıq edərək buzova sitayiş etdiniz.
Kerbelayi Malik ağa:
And olsun ki, Musa (ə.s) sizə bəyyinələr (açıq dəlillər) ilə gəldi. Sonra siz onun ardından buzovu (ilah) qəbul etdiniz siz zalımlarsınız.
Ələsgər Musayev:
Əlbəttə, gəldi sizə Musa bəyanatlarla. Sonra götürdünüz buzovu ondan sonra siz zalimlərsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Musa sizə möcüzələr açıq-aydın dəlillər gətirdi, lakin siz ondan (o, Tur dağına getdikdən) sonra (özünüzə Allahın ayələrinə qarşı) zülm edərək buzova sitayiş etməyə başladınız.
Kövsər Tağıyev:
And olsun ki, Musa sizə açıq möcüzələr gətirmişdi. Sonra siz onun ardından nəfslərinizə zülm edərək buzovu ilahlaşdırmışdınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa sizə aşkar dəlillər gətirdi. Ondan sonra isə siz buzovu (səcdəgah) götürərək zalımlardan (haqsızlardan) oldunuz.
Sabirə Dünyamalıyeva:
and olsun ki, Musa sizə açıq-aydın dəlillərlə gəlmişdi. Sonra siz, öz nəfsinizə haqsızlıq edən kəslər olaraq, [onun] ardından "qızıla" sitayiş etdiniz.