Əlixan Musayev:
Həqiqətən, bu, vahid bir din olaraq sizin (hamınızın) dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin!
Bünyadov-Məmmədəliyev:
(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!
Elmir Quliyev
:
Воистину, эта ваша религия — религия единая. Я же — ваш Господь. Поклоняйтесь же Мне!
Ələddin Sultanov:
Həqiqətən, sizin bu dininiz tək bir dindir. Mən də sizin Rəbbinizəm. Ona görə də yalnız Mənə ibadət edin!
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, bu sizin ümmətiniz tək bir ümmətdir. Mən sizin Rəbbinizəm. Elə isə Mənə qul olun!
Ələsgər Musayev:
Həqiqətən, bu sizin ümmətiniz vahid ümmətdir və Mən
Rəbbinizəm sizin və ibadət edin Mənə!
A.Mehdiyev və D.Cəfərli:
(Ey insanlar!) Şübhəsiz bu (insan cinsi) sizin ümmətinizdir və hamınız bir tayfa və bir millətsiniz [yaxud: Peyğəmbərlərin dəvət etdikləri bu tovhid dini sizin dininizdir, bütün bəşəriyyət üçün yeganə dindir]. Və Mən sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin.
Kövsər Tağıyev:
Şübhəsiz, bu (İslam) tək ümmət (din) olaraq sizin ümmətiniz (dininiz)dir. Mən də sizin Rəbbinizəm. Ona görə də yalnız mənə ibadət edin.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, sizin dininizdir - vahid bir dindir. Mən isə sizin Rəbbinizəm. Mənə ibadət edin!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, bu, tək bir ümmət olaraq sizin ümmətinizdir. Mən də sizin Rəbbinizəm. O halda Mənə ibadət edin.