Əlixan Musayev:
Bu, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar.
Bünyadov-Məmmədəliyev:
Bu (Quran) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qılarlar).
Elmir Quliyev
:
Это — благословенное Писание, которое Мы ниспослали и которое подтверждает то, что было до него, дабы ты увещевал Мать городов (жителей Мекки), и тех, кто живет вокруг нее. Те, которые веруют в Последнюю жизнь, веруют в него (Коран) и бережливо относятся к своим намазам.
Ələddin Sultanov:
Bu (Quran), Ümmül-Qura (Məkkə) əhlini və onun ətrafındakıları xəbərdar etməyin üçün nazil etdiyimiz və özündən əvvəlkiləri doğrulayan mübarək bir kitabdır. Axirətə iman gətirən kimsələr ona iman gətirər və namazlarını qılmağa davam edərlər. (Məkkə şəhəri İslam dünyasının mənəvi mərkəzidir. Onun ətrafından məqsəd isə bütün dünyadır. Həzrət Mühəmməd (s.ə.s.) həm Məkkə xalqına, həm də digər bütün insanlara göndərilmiş bir peyğəmbər olduğu üçün Qurani-Kərim də bütün insanlara xitab edir. Buna görə də Məkkə şəhərinə “Şəhərlərin anası” mənasına gələn “Ümmül-Qura” adı verilmişdir.)
Kerbelayi Malik ağa:
Bu (Qurani Kərim) əlləri arasındakını təsdiq edən və axirətə və ona inanan, şəhərlərin anası (olan Məkkədə) və onun ətrafında olan kəsləri xəbərdar etməyin üçün endirdiyimiz mübarək bir Kitabdır. Onlar namazlarını mühafizə edərlər (davam edərlər).
Ələsgər Musayev:
Bu, mübarək, özündən qabaqkıları təsdiq edən kitabdır ki, nazil etdik onu, nəzərinə çatdırmağın üçün şəhərlər anası və onun ətrafında olanları. O kəslər ki, inanırlar axirət ilə - inanırlar Onun ilə və onlar öz islahatlarını hifz edirlər.
A.Mehdiyev və D.Cəfərli:
Bu, Bizim nazil etdiyimiz mübarək, özündən əvvəlkiləri (peyğəmbərləri və səma kitablarını) təsdiq edən bir kitabdır. (Onun nazil olması bir sıra məsləhətlərə əsaslanır.) Və (onu həm də) ona görə (nazil etmişik) ki, (vəhy mərkəzi olan) Ümmül-Qura(nın əhalisini) və onun ətrafındakıları (və bütün aləmdəkiləri) qorxudasan. (Keçmiş səma kitablarının və sağlam ağılın köməyi ilə) axirətə imanı olanlar ona iman gətirərlər. Onlar öz namazlarını qoruyarlar (ibadətlərində özlərini Allah qarşısında daxilən alçaldarlar).
Kövsər Tağıyev:
Bu (Qur`an) da bərəkət qaynağı, özündən əvvəlkiləri (ilahi kitabları) təsdiq edən və şəhərlər anasını (Məkkəni) və bütün ətrafını (bütün insanları) xəbərdar edəsən deyə endirdiyimiz bir kitabdır. Axirətə iman edənlər ona da inanırlar. Onlar namazlarını vaxtı-vaxtında qılarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, özündən əvvəl göndəriləni təsdiq edən, şəhərlər anasına [Məkkəyə] və onun ətrafındakılara xəbərdarlıq etməyin üçün göndərdiyimiz mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar və öz namazlarına (haqqı ilə) riayət edirlər.
Sabirə Dünyamalıyeva:
Bax bu, Bizim mərkəzi şəhəri və ətrafındakı kəsləri xəbərdar edəsən deyə nazil etdiyimiz, sadəcə içindəkiləri təsdiqləyən, bərəkətlə dolu bir Kitabdır. Axirətə iman gətirənlər ona da inanar və onlar səlatlarını [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını] da qoruyub saxlayar.