Yunus Surəsi 93. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz İsrail oğullarını gözəl bir yurda sakin etdik onlara pak ruzilərdən verdik. Onlar özlərinə elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin, ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
İsrail oğullarına (Misirdə Şamda) çox gözəl bir yerdə təmiz (halal) ruzi verdik. Onlar özlərinə bir elm (Quran) gələnə qədər ixtilafda olmadılar. (Yəhudilər Tövratda Muhəmməd peyğəmbər haqqında oxumuşdular, onun əlamətlərini bilir gələcəyinə inanırdılar. Lakin Quran nazil olduqda həsədləri üzündən əksəriyyəti onun peyğəmbərliyini inkar etdi). Qiyamət günü (Ya Rəsulum!) Rəbbin ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir!
Elmir Quliyev :
Мы поселили сынов Исраила (Израиля) в славной стране и одарили их благами. Между ними не было разногласий, пока к ним не явилось знание. Воистину, в День воскресения твой Господь рассудит между ними в том, в чем они расходились во мнениях.
Ələddin Sultanov:
And olsun ki, İsrail oğullarını gözəl bir yurda yerləşdirdik onlara təmiz nemətlər bəxş etdik. Onlara elm (Quran) gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, qiyamət günü Rəbbin ixtilaf etdikləri məsələlər barəsində onların arasında hökm verəcəkdir.
Kerbelayi Malik ağa:
And olsun ki, İsrail oğullarını gözəl bir yerdə yerləşdirdik. Onlara teyyib (təmiz, halal) ruzilərdən verdik. Bundan sonra onlara elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, sənin Rəbbin qiyamət günü haqqında ixtilafa (anlaşılmazlığa) düşmüş olduqları şeydə onların aralarında hökm verər.
Ələsgər Musayev:
Əlbəttə, Biz Israil oğullarını yaxşı yerdə yerləşdirdik pak nemətlərdən onlara ruzi verdik ixtilaf etmədilər onlar, ta gəldi onlara elm. Həqiqətən, Rəbbin qiyamət günü hökm edəcək onların arasında nədə ki, oldular onda ixtilaflılar!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, İsrail övladlarını düz ürəyəyatan bir yerdə (Şamda Beytül-Müqəddəsdə) yerləşdirdik onlara pak ruzilər verdik. (Sonra onlar din işlərində ixtilafa düşdülər.) Onlar yalnız (Tövratdakı maariflərdən) onlara elm hasil olan zaman ixtilaf etdilər. Şübhəsiz, sənin Rəbbin Qiyamət günü onların arasında ixtilaf etdikləri şey barəsində hökm çıxaracaqdır.
Kövsər Tağıyev:
Dedilər ki: “Bizi atalarımızın yolundan döndərəsən deyə yer üzündə hakimiyyət (dövlət) ikinizin əlinə keçsin deyə bizə gəldin? Biz ikinizə inanmırıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
İsrail övladlarını gözəl bir yerdə sakin etdik onlara xoş nemətlərdən ruzi verdik. Özlərinə haqq bilik gəlincəyə qədər ixtilafa düşmədilər. Sənin Rəbbin qiyamət günü onları ixtilafda olduqları məsələlərə görə mühakimə edəcəkdir.
Sabirə Dünyamalıyeva:
and olsun, İsrail oğullarını çox gözəl bir yurdda sakin etdik onlara xoş nemətlərdən ruzi verdik, onlara elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin, o ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcək.