Əlixan Musayev:
Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyirəm”.
Bünyadov-Məmmədəliyev:
Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. (Əzabı) gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!”
Elmir Quliyev
:
О мой народ! Действуйте по своему усмотрению, и я тоже буду действовать. Вы скоро узнаете, кого постигнут унизительные мучения и кто является лжецом. Ждите, и я подожду вместе с вами".
Ələddin Sultanov:
Ey qövmüm, əlinizdən gələni edin! Mən də (əlimdən gələni) edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu yaxında biləcəksiniz. Gözləyin! Mən də sizinlə birlikdə gözləyirəm”.
Kerbelayi Malik ağa:
Ey qövmüm, edə biləcəyiniz şeyi edin! Şübhəsiz ki, mən də edirəm. Alçaldıcı əzab kimə gəlir və kim yalançıdır, yaxında biləcəksiniz və gözləyin. Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyirəm.
Ələsgər Musayev:
Ay
qoumum! Hər nə sizin imkanınızda varsa, əməl edin və mən də
əməl edərəm. Tezliklə biləcəksiniz ki, kimə yetişəcək
rüsvayedici əzab və kim yalançıdır. Izləyin, həqiqətən, mən də
sizinlə birlikdə izləyirəm».
A.Mehdiyev və D.Cəfərli:
«Və ey mənim qövmüm, elə bu (şirk və azğınlıq) hal(ın)da bacardığınızı edin ki, əlbəttə, mən də edəcəyəm. Tezliklə əzabın kimə yetişərək onu xar və rüsvay edəcəyini və kimin yalançı olduğunu biləcəksiniz. Və gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyirəm».
Kövsər Tağıyev:
“Ey qövmüm! Əlinizdən gələni edin. Şübhəsiz, mən də (əlimdən gələni) edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu yaxın zamanda biləcəksiniz. Gözləyin. Şübhəsiz, mən də sizinlə birlikdə gözləyirəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey camaatım, əlinizdən gələni edin, mən də edərəm! Kimə rüsvayçı əzabın gələcəyini və kimin yalançı olduğunu siz biləcəksiniz. Gözləyin, mən də sizinlə gözlərəm".
Sabirə Dünyamalıyeva:
Və ey qövmüm! Var qüvvənizlə edəcəyiniz nə varsa edin! Şübhəsiz ki, mən [də] edərəm. Rüsvay edici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. Gözləyin, şübhəsiz, mən sizinlə birgə gözləyəcəyəm."