Yusif Surəsi 93. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. (Sonra da) bütün ailənizlə birlikdə yanıma gəlin”.
Bünyadov-Məmmədəliyev:
Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o (yenidən) görməyə başlayar. Bütün ailənizi yığıb yanıma gəlin!”
Elmir Quliyev :
Ступайте с моей рубахой и накиньте ее на лицо моего отца, и тогда он прозреет, а потом привезите ко мне всю свою семью".
Ələddin Sultanov:
Mənim bu köynəyimi aparıb atamın üzünə qoyun, o görməyə başlayacaq. Sonra da bütün ailənizlə mənim yanıma gəlin!”
Kerbelayi Malik ağa:
‘Bu köynəyimi aparın, sonra da onu atamın üzünə sürtün. Gözləri açılsın. Ailənizin hamısını mənim yanıma gətirin.’
Ələsgər Musayev:
İndi mənim köynəyimi özünüzlə aparın onu atamın üzünə salın, ta gözləri işıqlansın cəmi əhlinizi yanıma gətirin.
A.Mehdiyev və D.Cəfərli:
«Mənim bu köynəyimi aparın onu atamın üzünə atın, görəcəkdir. bütün ailənizi mənim yanıma gətirin».
Kövsər Tağıyev:
“Bu köynəyimi aparın, atamın üzünə qoyun ki, gözləri açılsın bütün ailənizi mənim yanıma gətirin”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu köynəyimi aparıb atamın üzünə atın [sürtün] gözü açılar. Bütün ailənizi götürüb yanıma gəlin".
Sabirə Dünyamalıyeva:
Bu köynəyimi götürüb aparın, atamın üzünə qoyun, o, qəbahətli/məsxərə edilən xəstəlikdən xilas olar/dərbədərlikdən qurtular. bütün ailənizi mənim yanıma gətirin."