Əlixan Musayev:
Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi.
Bünyadov-Məmmədəliyev:
Nəhayət, (sədd salmış olduğu Azərbaycandakı, yaxud Türküstanda Yəcud–Məcüc tayfaları yaşayan ərazidəki) iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü.
Elmir Quliyev
:
Когда он достиг двух горных преград, он обнаружил перед ними людей, которые почти не понимали речи.
Ələddin Sultanov:
Nəhayət, iki dağ arasına çatdığı zaman onların önündə demək olar ki, heç bir sözü anlamayan bir tayfa gördü.
Kerbelayi Malik ağa:
İki sədd arasına çatdığı zaman o ikisindən (o iki qövmdən) başqa, söz anlamayan bir qövmə rast gəldi.
Ələsgər Musayev:
Ta onda ki, iki səddin arasına yetişdi və
onlardan arasından bir qoumu tapdı ki, onların danışıqlarını
anlamaq asan deyildi.
A.Mehdiyev və D.Cəfərli:
Nəhayət, iki səddin arasına yetişəndə, onlardan aşağıda (ya qabaqda və ya onların yaxınlığında düşüncələrinin darlığı və ya dillərinin fərqliliyi səbəbindən) heç bir söz anlamayan bir tayfa gördü.
Kövsər Tağıyev:
İki dağ arasına çatdıqda onların ön tərəfində, demək olar ki, heç bir söz anlamayan bir qövm gördü.
M.Qənioğlu və T.Bilaloğlu:
O, iki sədd [dağ] arasına çatanda orada onun sözlərini çətinliklə başa düşən bir tayfa ilə rastlaşdı.
Sabirə Dünyamalıyeva:
Nəhayət, iki müqavilənin arasına gəlib çatdıqda, iki tayfanın [Mədinə və Məkkə əhalisinin] altındakılardan, demək olar ki, heç söz anlamayan bir tayfa [Xeybər yəhudilərini] gördü.