Əlixan Musayev:
Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.
Bünyadov-Məmmədəliyev:
Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!
Elmir Quliyev
:
Если же кто-либо убьет верующего преднамеренно, то возмездием ему будет Геенна, в которой он пребудет вечно. Аллах разгневается на него, проклянет его и приготовит ему великие мучения.
Ələddin Sultanov:
Kim bir mömini qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb etmiş, onu lənətləmiş və onun üçün böyük bir əzab hazırlamışdır.
Kerbelayi Malik ağa:
Kim bir mömini qəsdən öldürərsə, o təqdirdə onun cəzası içində əbədi olaraq qalacağı cəhənnəmdir və Allah ona qəzəb etmiş və ona lənət etmişdir. (Allah) onun üçün ‘böyük əzab’ hazırlamışdır.
Ələsgər Musayev:
Kim mömin kəsi qəsdən
öldürərsə, onun cəzası həmişəlik qalacağı cəhənnəmdir. Onun
üzərinə Allahın qəzəbi və lənəti olar və onun üçün əzəmətli
əzab hazırlar!
A.Mehdiyev və D.Cəfərli:
Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar.
Kövsər Tağıyev:
Kim bir mömini qəsdən öldürərsə, cəzası içində əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb etmiş, lənət etmiş və onun üçün böyük bir əzab hazırlamışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim də qəsdən bir mömin öldürərsə, onun cəzası içərisində əbədi qalacağı cəhənnəmdir. Allahın ona qəzəbi tutar, O, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.
Sabirə Dünyamalıyeva:
Və kim bir mömini qəsdən [bilə-bilə, istəyərək] öldürərsə, bax onun cəzası, içində əbədi qalacağı cəhənnəmdir. Və Allah, ona qəzəb etmiş, onu uzaqlaşdırmış, rəhmətindən məhrum etmiş və onun üçün çox böyük bir əzab hazırlamışdır.