Əlixan Musayev:
Karvan (Misir torpağından )ayrılanda ataları dedi: “Mən, həqiqətən də, Yusufun qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız”.
Bünyadov-Məmmədəliyev:
Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yəqub yanındakı övladlarına) dedi: “Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib danlamasaydınız), deyərdim ki, Yusifin ətrini alıram!”
Elmir Quliyev
:
Как только караван покинул Египет, их отец сказал: "Воистину, я чувствую запах Йусуфа (Иосифа), если только вы не считаете меня выжившим из ума стариком".
Ələddin Sultanov:
Karvan (Misirdən) ayrılarkən (Kənan diyarındakı) ataları (yanındakılara) dedi: “Əgər məni səfeh hesab etmirsinizsə, (bilin ki,) mən Yusifin qoxusunu alıram”.
Kerbelayi Malik ağa:
Karvan (Misirdən) ayrıldığı zaman onların atası belə dedi: ‘Mənə 'ağlını itirib' deməyin, həqiqətən mən Yusifin qoxusunu hiss edirəm.’
Ələsgər Musayev:
Amma elə ki, karvan yola düşdü,
dedi onların atası: «Həqiqətən, mənə Yusifin iyi gəlir, əgər
məni ağılsız saymayasız!»
A.Mehdiyev və D.Cəfərli:
Karvan (Misirdən) ayrılan kimi ataları (Kənanda) dedi: «Əgər məni səfeh hesab etməsəydiniz, (deyərdim ki,) həqiqətən mən Yusufun ətrini hiss edirəm.»
Kövsər Tağıyev:
Karvan Misirdən ayrıldıqda ataları: “Əgər məni ağlını itirmiş qoca hesab etməsəydiniz, şübhəsiz, mən Yusufun ətrini alıram, (deyərdim)”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Karvan aralanan kimi onların atası dedi: "Məni ağlını itirmiş sanmasaydınsız, (deyərdim ki,) doğrudan da Yusufun iyi burnuma dəyir".
Sabirə Dünyamalıyeva:
Və nə zaman ki, karvan ayrıldı, ataları dedi ki: "Əgər mənə ağlını itirmiş qoca deməsəniz, şübhəsiz mən Yusifin qoxusunu alıram."