İsra Surəsi 94. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu.
Bünyadov-Məmmədəliyev:
(Qüreyş müşrikləri kimi) insanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların: “Allah bir insanımı peyğəmbər göndərdi?” demələridir. (Müşriklərin fikrincə, peyğəmbər bəşərdən deyil, mələklərdən göndərilməlidir).
Elmir Quliyev :
Людям помешало уверовать после того, как к ним явилось верное руководство, только то, что они сказали: "Неужели Аллах отправил посланником человека?"
Ələddin Sultanov:
İnsanların iman gətirməsinə mane olan, onlara hidayət rəhbəri gəldiyi zaman: “Allah peyğəmbər olaraq bir insanımı göndərdi?” - demələridir.
Kerbelayi Malik ağa:
Onlara hidayət gəldiyi zaman insanların inanmalarına ancaq ‘Allah insan rəsulmu göndərdi?’ demələri mane oldu.
Ələsgər Musayev:
Mane oldu insanlara ki, iman gətirsinlər onda ki, gəldi onlara hidayət, ancaq ki, dedilər: «Ə, Allah bəşərimi rəsul qaldırdı?»
A.Mehdiyev və D.Cəfərli:
İnsanlara hidayət (Peyğəmbərin Qur’anın dəvəti) gələn zaman onların iman gətirmələrinə yalnız «Allah peyğəmbərliyə bəşər göndərib?» demələri mane oldu. (Belə ki, onların əqidələrinə görə, peyğəmbər mələklərdən olmalı idi.)
Kövsər Tağıyev:
İnsanlara hidayət (Qur`an) gəldikdən sonra onların iman etmələrinə ancaq “Allah bir bəşərimi peyğəmbər olaraq göndərdi?” demələri mane oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlara düz yol gəldikdə onların iman gətirməsinə ancaq: “Doğrudanmı Allah insanı peyğəmbər göndərmişdir?" -demələri mane olur.
Sabirə Dünyamalıyeva:
Ancaq, sənin [göyə] çıxmağına, öyrənməli öyrətməli olduğumuz bir kitabı bizə endirməsən, qətiyyən inanmayacağıq." Sən ki: "Rəbbim nöqsanlardan pakdır. Mən, bəşər övladı olan bir elçidən başqa bir şey deyiləm!"