Ənbiya Surəsi 94. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kim mömin olduğu halda yaxşı işlər görsə, onun əziyyəti inkar olunmaz. Şübhəsiz ki, Biz onun (əməllərini) yazırıq.
Bünyadov-Məmmədəliyev:
Hər kim mömin ikən yaxşı işlər görsə, onun zəhməti danılmayacaqdır (mükafatı tamamilə ödəniləcəkdir). Şübhəsiz ki, Biz onun üçün (gördüyü işləri mələklər vasitəsilə əməl dəftərinə) yazırıq.
Elmir Quliyev :
Устремления того, кто совершал праведные деяния, будучи верующим, не будут отвергнуты. Воистину, Мы записываем их для него.
Ələddin Sultanov:
Hər kim mömin olaraq yaxşı işlər görərsə, onun əməyi inkar edilməyəcəkdir. Şübhəsiz ki, Biz onu (onun əməllərini) yazırıq.
Kerbelayi Malik ağa:
O halda kim mömin olaraq salihat (nəfsini islah) etsə, bundan sonra onun səyləri örtülməz (əskilməz, yox olmaz). Şübhəsiz ki, Biz onu yazanlarıq.
Ələsgər Musayev:
Kim əməl edə saleh əməllərdən o, inanandır, küfrə çevrilməyəcək onun etdiyi səy həqiqətən, Biz onun üçün yazarıq.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə kim mömin olaraq yaxşı işlər görsə onun səyləri əsla itirilməyəcəkdir Biz şübhəsiz, onları yazırıq.
Kövsər Tağıyev:
Bu halda kim mömin olaraq saleh bir əməl işlərsə, onun zəhməti əsla inkar edilməz. Şübhəsiz, biz onu yazırıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim mömin olaraq əməlisaleh olarsa, onun səyini danmaq olmaz Biz (bunu) onun xeyrinə yazarıq.
Sabirə Dünyamalıyeva:
Elə isə, kim inanmış olaraq yaxşılaşdırmaq qayəsi ilə işlər görsə, onun əməyi üçün nankorluq edilməz. Biz, heç şübhəsiz ki, onu yazırıq.