Əlixan Musayev:
Ey iman gətirənlər! Allah yolunda (döyüşə) çıxdığınız zaman (kiminlə vuruşacağınızı) yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mən-fəətinə can ataraq: “Sən mömin deyilsən!”– deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, (kiminlə vuruşacağınızı) yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq: “Sən mömin deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən fərqləndirməkdə) diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!
Elmir Quliyev
:
О те, которые уверовали! Когда вы выступаете на пути Аллаха, то удостоверяйтесь и не говорите тому, кто приветствует вас миром: "Ты — неверующий", — стремясь обрести тленные блага мирской жизни. У Аллаха есть богатая добыча. Такими вы были прежде, но Аллах оказал вам милость, и посему удостоверяйтесь. Воистину, Аллах ведает о том, что вы совершаете.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman (qarşılaşdığınız kimsənin müsəlman olub-olmadığını) yaxşıca araşdırın! Sizə salam verən bir kimsəyə, dünya həyatının müvəqqəti mənfəətini arzulayaraq: “Sən mömin deyilsən!” - deməyin! Allah dərgahında çoxlu qənimətlər vardır. Daha əvvəl siz də belə ikən Allah sizə lütf etdi. Elə isə, (qarşılaşdığınız kimsənin müsəlman olub-olmadığını) yaxşıca araşdırın! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır. (Buxaridə qeyd edilən bir rəvayətə görə, müsəlmanlardan bir qrup əlində qənimət malı olan bir adamla rastlaşdılar. Həmin adam onlara: “Əssələmu aleykum” – dedi. Ancaq onun müsəlman olduğuna inanmayıb onu öldürdülər və əlindəki qəniməti qəsb etdilər. Bu hadisə nəticəsində yuxarıdakı ayə nazil oldu. Yəni, “mən müsəlmanam”, - deyən bir kimsəni yaxşıca araşdırmadan kafirliklə ittiham etmək olmaz.)
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Allahın yolunda (döyüşmək üzərə) səfərə çıxdığınız zaman artıq (mömini kafirdən ayırd etmək üçün) təmiz araşdırıb ortaya çıxardın. Sizə salam verib (təslim olan) kimsəyə dünya həyatının fani olan mənfəətini istəyərək: ‘Sən mömin deyilsən.’ deməyin. Halbuki Allahın dərgahında qənimət çoxdur. Daha öncə siz də belə idiniz, o zaman Allah (lütf göstərib) sizin üzərinizə nemət verdi. O halda təmiz araşdırıb ortaya çıxardın. Şübhəsiz ki, Allah etdiyiniz şeylərdən xəbərdardır.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Onda ki, Allah
yolunda zərbə vurursuz, bəyan edin və sizə sülh təklif edən
kəsə, yaxın həyatın mənfəətinə uyaraq: «Sən mömin deyilsən!»
-deməyin. Allah yanındadır əksər qənimətlər. Belə idiniz sizdə
bundan qabaq və minnət qoydu Allah üzərinizə. Və bəyan edin!
Həqiqətən, Allah Xəbirdir nə ilə ki, əməldəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətlə araşdırma aparın və sizə salam verən və zahirdə İslama mənsubiyyət bildirən şəxsə, dünya həyatının mənfəətini əldə etmək istəyərək (bu bəhanə ilə onu öldürmək üçün) «sən mömin deyilsən» deməyin, halbuki Allah yanında çoxlu qənimətlər vardır. Bundan qabaq siz də, Allah (həqiqi imanla) sizin boynunuza haqq qoyana kimi elə idiniz (dildə iman gətirdiyinizi bildirir və həmçinin dünya mənfəəti üçün adam öldürürdünüz). Buna görə də gərək araşdırma aparasınız. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allah yolunda səfərə çıxdığınız zaman vəziyyəti lazımi şəkildə araşdırıb təhlil edin. Sizə salam verənə dünya həyatının müvəqqəti mənfəətinə (qənimətə) göz dikərək: “Sən mömin deyilsən”, – deməyin. Allah qatında çox qənimətlər var. Daha əvvəl siz də elə idiniz, Allah sizə lütf etdi (müsəlman oldunuz). Ona görə siz də yaxşıca ölçüb-biçin. Çünki Allah etdiklərinizdən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Siz Allah yolunda (döyüşə) çıxarsınızsa, ayırd edin və sizə sülh təklif edənə bu dünya malına tamah salaraq: "Sən mömin deyilsən!" - deməyin. Allahın dərgahında çoxlu qənimətlər [sərvət] vardır. Əvvəllər siz də belə idiniz, sonra Allah sizə lütf etdi. Özünüz üçün ayırd edin. Həqiqətən, Allah nələr etdiyinizdən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Allah yolunda səfərə çıxdığınız zaman, dərhal yaxşıca araşdırın. Və sizə salam verən şəxsə, dünya həyatının mənfəətini güdərək, "Sən mömin deyilsən!" deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəl siz də belə idiniz, Allah sizə lütf etdi. Ona görə, yaxşıca araşdırın. Şübhəsiz ki, Allah əməllərinizdən xəbərdardır.