Əraf Surəsi 94. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya bəlaya düçar etdik ki, bəlkə boyun əyələr.
Bünyadov-Məmmədəliyev:
Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir müddət) müsibətə bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxarsınlar!
Elmir Quliyev :
В какое бы селение Мы не отправляли пророка, Мы непременно подвергали его жителей невзгодам и напастям, дабы они стали смиренны.
Ələddin Sultanov:
Biz hansı məmləkətə peyğəmbər göndərdiksə, oranın əhalisini yalvarsınlar deyə kasıblıq bəlaya (xəstəliyə) düçar etdik.
Kerbelayi Malik ağa:
Biz hansı ölkəyə bir peyğəmbər göndərdiksə, onun xalqını sıxıntı darlığa uğratdıq. Bəlkə beləcə onlar yalvarıb yaxararlar.
Ələsgər Musayev:
ki, göndərdik kəndlərdə nəbilərdən, ancaq onun əhalisini basqı ilə zərərlə tutaq ki, ola ki, onlar yalvarıb yaxaran olalar!
A.Mehdiyev və D.Cəfərli:
Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər kəndin əhalisini xəstəlik, çətinlik yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar.
Kövsər Tağıyev:
Biz hansı məmləkətə bir peyğəmbər göndərdiksə, (qarşı çıxmaqdan əl çəkib) yalvarıb- yaxarsınlar deyə oranın xalqını yoxsulluq sıxıntıya düçar etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz bir məmləkətə peyğəmbər göndərmişiksə, onun əhalisini bir müsibətə, bir bəlaya düçar etmişik ki, bəlkə Allaha yalvara.
Sabirə Dünyamalıyeva:
Biz hansı bir şəhərə bir peyğəmbər göndərsək, mütləq oranın xalqını yalvarıb-yaxarmaqları üçün yoxsulluq çətinliyə saldıq.