Əlixan Musayev:
O dedi: “Rəbbimin mənə əta etdiyi (mülk) daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim.
Bünyadov-Məmmədəliyev:
O (Zülqərneyn) dedi: “Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim!
Elmir Quliyev
:
Он сказал: "То, чем наделил меня мой Господь, лучше этого. Помогите мне силой, и я установлю между вами и ними преграду.
Ələddin Sultanov:
O dedi: “Rəbbimin mənə verdiyi səltənət və qüdrət daha yaxşıdır. Siz (iş) qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim.
Kerbelayi Malik ağa:
(Zülqərneyn): ‘Bu barədə Rəbbimin məni qüvvətləndirdiyi şeylər daha xeyirlidir. İndi siz mənə öz qüvvənizlə kömək edin. Onlarla sizin aranıza çox möhkəm bir sədd çəkim.’ dedi.
Ələsgər Musayev:
Dedi: «O imkanı ki, Rəbbim mənə verib, daha xeyirlidir. Siz
qüvvətlə mənə kömək edin, sizinlə onların arasında möhkəm
bir sədd edim!
A.Mehdiyev və D.Cəfərli:
(Zülqərneyn) dedi: «Rəbbimin, barəsində mənə imkan və qüdrət verdiyi şey (plan cızmaq, memarlıq və lazımı vasitələri tədarük görmək qüdrəti sizin maliyyə köməyinizdən) daha yaxşıdır. Buna görə də mənə (işçi) qüvvə(si) ilə kömək edin ki, sizinlə onların arasında əzəmətli bir sədd qurum.
Kövsər Tağıyev:
Zülqərneyn: “Rəbbimin mənə verdiyi (imkan və qüdrət sizin verəcəyiniz vergidən) daha xeyirlidir. İndi siz mənə gücünüzlə yardım edin ki, sizinlə onların arasına möhkəm bir sədd çəkim”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Rəbbim məni nədə möhkəmlədibsə, o, daha xeyirlidir. Siz qüvvə ilə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim.
Sabirə Dünyamalıyeva:
İki çağın sahibi dedi ki: "Rəbbimin mənə verdiyi imkanlar daha xeyirlidir. Haydı, siz mənə öz qüvvənizlə kömək edin, sizinlə onların arasında çox möhkəm bir müqavilə/sənəd düzəldim. Mənə, iti zəkanızla hazırladığınız təklif mətnlərini gətirin."