Bəqərə Surəsi 95. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır.
Bünyadov-Məmmədəliyev:
(Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır!
Elmir Quliyev :
Однако они никогда не пожелают себе этого из-за того, что приготовили их руки. Аллах ведает о беззаконниках.
Ələddin Sultanov:
Onlar etdikləri əməllərə (qazandıqları günahlara) görə ölümü əsla arzulamazlar. Allah zalımları çox yaxşı tanıyır.
Kerbelayi Malik ağa:
Əlləri ilə təqdim etdikləri (günahları) səbəbiylə ölümü heç vaxt diləməzlər. Allah zalımları ən yaxşı biləndir.
Ələsgər Musayev:
Təmənna etməzlər onu əbədən ilə ki, hazırlayıb əlləri Allah Alimdir zalimlər ilə!
A.Mehdiyev və D.Cəfərli:
Onlar özlərindən qabağa göndərdikləri şeylərə (pis əməllərinə) görə, ölümü əsla arzulamazlar. Allah zalımların (halından) xəbərdardır.
Kövsər Tağıyev:
Lakin öz əlləri ilə indiyə qədər etdikləri ucbatından ölümü heç bir zaman istəməzlər. Allah o zalımları haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar əllərinin törətdiyi əməlləri səbəbi ilə bunu (ölümü) heç vaxt arzulamayacaqlar. Həqiqətən, Allah zalımları (haqsızları) yaxşı tanıyır.
Sabirə Dünyamalıyeva:
Halbuki öz əlləriylə işlədikləri üzündən ölümü heç bir zaman diləməzlər. Allah isə öz nəfslərinə haqsızlıq edən o kəsləri çox yaxşı biləndir.