Möminun Surəsi 95. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sözsüz ki, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz onlara vəd etdiyimizi (əzabı) sənə göstərməyə, əlbəttə, qadirik!
Elmir Quliyev :
Воистину, Мы способны показать тебе то, что им обещано.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Şübhəsiz ki, Biz onlara vəd etdiyimizi (əzabı) sənə göstərməyə qadirik.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz onlara vəd etdiyimiz şeyi sənə göstərməyə əlbəttə qadirik.
Ələsgər Musayev:
Həqiqətən, Biz onlara vəd verdiyimizi sənə göstərməyə qadirik.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik (necə ki, Bədrdə göstərdik).
Kövsər Tağıyev:
Bizim onlara yönəltdiyimiz təhdidləri sənə göstərməyə, əlbəttə, qadirik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlara vəd etdiyimiz (pis aqibəti) sənə göstərə bilərik.
Sabirə Dünyamalıyeva:
şübhəsiz, onlara vəd etdiyimiz şeyləri sənə göstərməyə, əlbəttə ki, Bizim gücümüz çatar.