Əlixan Musayev:
Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, (kəffarəsi) öldürdüyünə bənzər bir (qurbanlıq) heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, (sonra da həmin) qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da buna bərabər oruc tutmalıdır ki, öz işinin zərərini dadsın. Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə (bu günaha) qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Ehramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kəbəyə çatası (Kəbənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!
Elmir Quliyev
:
О те, которые уверовали! Не убивайте охотничью добычу, находясь в ихраме. Если кто-нибудь из вас убьет ее преднамеренно, то воздаянием за это будет скотина, подобная той, что он убил. Выносят решение о ней (о жертвенной скотине) двое справедливых мужей из вас, и эта жертва должна достичь Каабы. Или же для искупления этого следует накормить бедняков или соблюсти равноценный пост, дабы он вкусил пагубность своего поступка. Аллах простил то, что было прежде, но если кто-нибудь вернется к этому, то Аллах отомстит ему. Аллах — Могущественный, Способный на возмездие.
Ələddin Sultanov:
Ey iman gətirənlər, ehramda ikən ovu öldürməyin! Sizdən kim onu qəsdən öldürərsə, öldürdüyü heyvanın eynisi (dəyərində ona) cəza düşür. Kəbəyə çatası qurban olmaq üzrə sizdən iki ədalətli şəxs buna hökm edər (öldürülən heyvanın dəyərini təyin edər), yaxud (ovlanmanın) kəffarəsi yoxsulları doyurmaq və yaxud da ona bərabər bir oruc tutmaqdır ki, gördüyü işin cəzasını dadsın. Allah keçmişdə olanları bağışlamışdır. Kim (bu işləri) təkrar edərsə, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam sahibidir.
Kerbelayi Malik ağa:
Ey iman edənlər! Siz ihramda ikən, ov heyvanını öldürməyin. Sizdən kim qəsdən onu öldürsə, o zaman öldürdüyünə bərabər bir heyvanın cəzası vardır ki, (bunun öldürülən heyvanın bərabəri olduğuna dair) içinizdən ədalətli iki kimsə təqdir edib qərar verər. Kəbəyə çatacaq (Kəbəyə aparılıb orada kəsiləcək) bir qurban və ya yoxsulları yedirmə şəklində bir kəffarə, ya da buna bərabər bir orucdur ki, bu, beləcə o etdiyi işin günahını dadması üçündür. Allah keçmişdəkiləri (işlənən bu cür günahları) bağışladı. Kim dönüb də (bir daha) belə etsə, o təqdirdə Allah ondan intiqam alar. Allah Əzizdir, intiqam sahibidir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Qətlə yetirməyin ovu və siz,
haramdasınız. Kim sizdən qəsdən öldürərsə, ona öldürdüyü
heyvanların misli qədər cəza düşür. Bunlar sizdən iki nəfər adil
şəxsin hökmü ilə hədiyyə olaraq kəbəyə çatmalı, ya kəffarə
olaraq miskinlərə təam verməli, ya bunun bərabərində yiməs
tutmalı –ondan ötrü ki, əməlinin cəzasını dadsın. Allah bağışlar
onu ki, keçmişdə olub. Kim təkrar edərsə, Allah ondan intiqam
alar. Və Allah Əzizdir, intiqam sahibidir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, ehram halında olarkən ov öldürməyin. Sizdən kim bilərəkdən onu öldürsə, boynuna (əhliləşdirilmiş) dördayaqlılar cinsindən, öldürdüyünün bənzəri olan bir kəffarə düşür (məsələn, dəvəquşunun kəffarəsi dəvə, dağ keçisinin kəffarəsi inək və ceyranın kəffarəsi qoyundur). Sizdən iki nəfər adil (adam) bu bənzərliyə şəhadət versin və o, qurbanlıq kimi Kə’bəyə (Kə’bənin ətrafındakı qurbanlıq yerinə) çatsın. Yaxud kəffarə (o bənzər heyvanın qiyməti qədər) fəqirlərə yemək vermək və ya onun qədər oruc tutmaqdır (onun qiymətinin bərabəri qədər hər fəqirə bir mudd yəni yeddi yüz əlli qram yemək verməlidir, yaxud müdlərin sayı qədər oruc tutmalıdır) ki, öz işinin cəzasını dadsın. Allah keçənlərə göz yumdu (birinci dəfəni kəffarə ilə bağışladı). Kim yenidən qayıtsa (yenidən Hərəmdə ov etsə , daha bunun kəffarəsi yoxdur, lakin) Allah ondan intiqam alacaqdır və Allah yenilməz qüdrət və intiqam sahibidir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Ehramlı olarkən (quruda) ov heyvanı öldürməyin. Kim (ehramlı ikən) onu qəsdən öldürərsə, (ona) bir cəza var. (Bu cəza) Kəbəyə çatdırılmaq məqsədilə öldürdüyünə bənzər, içinizdən iki ədalətli kimsənin münasib biləcəyi bir qurbanlıq heyvan və ya kəffarə olaraq yoxsulları yedirmək, yaxud ona müvafiq oruc tutmaqdır. (Bu) gördüyü işin pis nəticəsini dadması üçündür. Allah keçmişdəkiləri əfv etmişdir. Lakin kim bir daha belə edərsə, Allah ondan intiqam alar. Allah mütləq güc sahibidir, intiqam sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! İhramda ikən ov heyvanlarını öldürməyin! Sizlərdən kim bunu bilərəkdən öldürərsə, öldürdüyü heyvanların sayı qədər bir əvəz ödəməlidir. Bunu sizlərdən iki ədalətli adam Kəbəyə çatdırılası qurbanlıq kimi müəyyən edir. Yaxud kəffarə olaraq o, yoxsulları yedirtməli, yaxud bunun müqabilində oruc tutmalıdır ki, öz işinin vəbalını [zərərini] dadsın. Əvvəl olub-keçənləri Allah bağışlamışdır. Kim bunu bir daha edərsə Allah ondan intiqam alar. Həqiqətən, Allah qüvvətlidir, intiqam sahibidir.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Siz, toxunulmaz olduğunuzda/həcc vəzifəsini yerinə yetirərkən ov heyvanı öldürməyin. İçərinizdən kim qəsdən onu öldürərsə, işlədiyi əməlin günahını dadması üçün onun cəzası, öldürdüyü heyvana bənzər, Kəbəyə çatacaq bir hədy/yemək üçün hədiyyə edilən heyvan olacaq. -Buna içərinizdən iki ədalətli şəxs hökm versin.- Yaxud kəffarə olaraq yoxsulları yedirmək, yaxud ona bərabər oruc tutmaq olacaq. Allah keçmişdə olanları bağışlamışdır. Lakin kim də təkrarlasa, Allah tutub cəzalandıraraq ədaləti təmin edər. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, günahkarı tutub cəzalandıraraq ədaləti təmin etmək prinsipinə sahibdir.