Əlixan Musayev:
Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqları (günahların) cəzası olaraq sığınacaqları yer Cəhənnəm olacaqdır.
Bünyadov-Məmmədəliyev:
Yanlarına qayıtdığınız zaman onlardan vaz keçməniz (onları məzəmmət etməməniz) üçün (yalandan) Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! (Qoyun qiyamət günü əzabı daha şiddətli olacaq küfr və nifaqlarında davam etsinlər!) Çünki onlar murdardırlar və qazandıqlarının (qazandıqları günahların) cəzası olaraq düşəcəkləri yer də Cəhənnəmdir!
Elmir Quliyev
:
Когда вы вернетесь к ним, они будут клясться Аллахом, чтобы вы отвернулись от них (оставили их в покое). Отвернитесь же от них, ибо они — нечисть. Их пристанищем будет Геенна. Таково воздаяние за то, что они приобретали.
Ələddin Sultanov:
Siz onların yanına qayıtdığınız zaman onlardan əl çəkməyiniz üçün sizin qarşınızda Allaha and içəcəklər. Ona görə də onlardan əl çəkin! Çünki onlar murdardırlar. Qazandıqları günahların cəzası olaraq sığınacaqları yer cəhənnəmdir.
Kerbelayi Malik ağa:
Onların yanına döndüyünüz zaman onlardan üz çevirərsiniz deyə qarşınızda Allaha and içəcəklər. Artıq onlardan üz çevirin! Çünki onlar murdardır və qazandıqları şeylər səbəbiylə sığınacaqları yer cəhənnəmdir.
Ələsgər Musayev:
And
içəcəklər qarşınızda Allah ilə sizin üçün onda ki, qayıtdınız
tərəfinə onların, üz döndərməyiniz üçün onlardan. Onlardan üz
döndərin! Həqiqətən, onlar ricsdirlər və yerləri cəhənnəmdir -
cəza nə ilə ki, oldular kəsblilər!
A.Mehdiyev və D.Cəfərli:
Onların yanına qayıdanda tezliklə sizin üçün Allaha and içəcəklər ki, onlar(ı məzəmmət etmək və danlamaq)dan daşınasınız. Buna görə də onlardan üz döndərin. Çünki onlar murdardırlar (məzəmmət və danlaq onlara təsir etmir) və onların yerləri əldə etdiklərinin cəzası olaraq Cəhənnəmdir.
Kövsər Tağıyev:
Yanlarına qayıtdığınız zaman sizə Allahın adıyla and verəcəklər ki, onları rahat buraxasınız. Artıq onlardan əl çəkin. Çünki onlar pisdir. Qazandıqlarının cəzası olaraq gedəcəkləri yer cəhənnəmdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz onların yanına gəldikdə onlar sizin qarşınızda Allaha and verəcəklər ki, onlardan əl çəkəsiniz. Siz də onlardan üz döndərin, axı onlar murdardırlar. Qazandıqlarının cəzası olaraq, onların sığınacağı cəhənnəmdir!
Sabirə Dünyamalıyeva:
Yanlarına qayıtdığınız zaman onlardan uzaq dayanasınız deyə, sizin üçün Allaha and içəcəklər. Siz də dərhal onlardan uzaq dayanın. Şübhəsiz ki, onlar çirklidir, murdardır. Qazandıqlarının cəzası olaraq gedəcəkləri yer də cəhənnəmdir.