Yusif Surəsi 96. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri açıldı o dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan (gələn vəhy sayəsində )sizin bilmədiklərinizi bilirəm?”
Bünyadov-Məmmədəliyev:
Muştuluqçu gəlib köynəyi (Yəqubun) üzünə sürtən kimi onun gözləri açıldı o: “Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!” söylədi.
Elmir Quliyev :
Когда же прибыл добрый вестник, накинул рубаху на его лицо и тот прозрел, он сказал: "Разве я не говорил вам, что мне известно от Аллаха то, чего вы не знаете?"
Ələddin Sultanov:
Müjdəçi gəldiyi zaman onu (köynəyi Yaqubun) üzünə qoydu onun gözləri dərhal açıldı. (Yaqub) dedi: “Mən sizə demədimmi ki, Allahdan (gələn vəhylə) sizin bilmədiklərinizi bilirəm”.
Kerbelayi Malik ağa:
Beləcə müjdəçi gəldiyi zaman onu (Yusifin köynəyini), onun (atasının) üzünə sürtdü. Gözləri açıldı. Yaqub (ə.s): ‘Mən sizə demədimmi? Həqiqətən, mən sizin bilmədiyiniz şeyləri Allahdan (vəhy alaraq) bilirəm.’ dedi.
Ələsgər Musayev:
Amma elə ki, bəşarət verən gəldi köynəyini onun üzünə saldı, gözləri işıqlandı. Dedi: «Ə, sizə demədimmi Allahdan bilirəm onu ki, siz bilmirsiniz?»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, müştuluqçu gəlib köynəyi onun üzünə atan kimi onun gözləri açıldı. Dedi: «Məgər sizə demədimmi ki, həqiqətən mən Allah tərəfindən sizin bilmədiyiniz bir şeyi (Yusufun diri olmasını hicranın sona yetməsini) bilirəm?!»
Kövsər Tağıyev:
Muştuluqçu gəlib köynəyi Yaqubun üzünə qoyan kimi gözləri açıldı. Yaqub: “Mən sizə demədimmi ki, Allah tərəfindən sizin bilməyəcəyiniz şeyləri bilirəm?” dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Müjdəçi gələn kimi onu [köynəyi] onun üzünə atdı [sürtdü]. O, yenidən görməyə başladı dedi: "Mən sizə deməmişdimmi ki, mən Allahın köməyi ilə sizin bilmədiyiniz şeyləri bilirəm?"
Sabirə Dünyamalıyeva:
Fəqət zaman ki, muştuluqçu gəlib köynəyi Yəqubun üzünə qoydu, dərhal qəbahətli/məsxərə edilən xəstəlikdən xilas oldu. "Mən sizə demədimmi ki, mən Allah tərəfindən sizin bilmədiklərinizi bilirəm!" dedi.