Əlixan Musayev:
Sən onların həyatına bütün insanlardan, hətta müşriklərdən də daha həris olduqlarını görəcəksən. Onlardan hər biri min il ömür sürməsini istər. Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz. Allah onların nə etdiklərini görür.
Bünyadov-Məmmədəliyev:
Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir!
Elmir Quliyev
:
Ты непременно убедишься, что они жаждут жизни больше всех людей, даже больше многобожников. Каждый из них желал бы прожить тысячу лет. Но даже долгая жизнь ничуть не отдалит их от мучений. Аллах видит то, что они совершают.
Ələddin Sultanov:
Sən onların yaşamaq üçün bütün insanlardan, hətta müşriklərdən belə daha çox həris olduqlarını görərsən. Onlardan hər biri min il yaşamaq istəyər. Halbuki uzun ömür verilməsi onların heç birini əzabdan uzaqlaşdırmaz. Allah onların etdiklərini görür.
Kerbelayi Malik ağa:
Onların həyata qarşı bütün insanlardan daha həris olduqlarını görərsən. Hətta o şirk qoşanlardan hər birinə əgər min il ömür verilsə, (yaşamağı) istəyər. Onun ömrünün uzadılması, onu əzabdan uzaqlaşdıran deyil. Allah etdiklərinizi ən yaxşı görəndir.
Ələsgər Musayev:
Tapacaqsan onları həris insanlar üzərində həyatın və o
kəslərdən ki, müşrikdirlər Istər hər biri onların, əgər ömrü ola
min il və o uzaqlaşdırmaz onu əzabdan ki ömrü olsa Və Allah
Bəsirdir nə ilə əməl edirlər!
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə (ki,) sən onları (uzun) ömür sürməyə bütün insanlardan – hətta (Allaha) şərik qoşanlardan – həris görərsən! Onların hər biri min il yaşamaq istəyər, halbuki, həmin uzun ömür onu (Cəhənnəm) əzab(ın)dan uzaqlaşdıran deyildir. Allah onların etdiklərini görəndir.
Kövsər Tağıyev:
And olsun ki, sən onların yaşamağa bütün insanlardan, hətta Allaha şərik qoşanlardan belə daha həris olduqlarını görərsən. Onların hər biri min il yaşamaq istəyər. Halbuki uzun yaşamaq onları əzabdan qurtaran deyil. Allah onların bütün etdiklərini görür.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən görürsən ki, onlar insanların həyata daha da çox həris olanlarıdır. Hətta müşriklərdən hər biri min il ömür sürmək istər, halbuki uzun ömür sürmək onları cəzadan uzaqlaşdırmır, axı Allah onların nə etdiklərini görür.
Sabirə Dünyamalıyeva:
Və sən, həqiqətən onların, insanlar arasında yaşamağa ən həris, Allahın ortağı olduğunu qəbul edənlərdən də daha həris olduqlarını görərsən. Onların hər biri özlərinə min il ömür verilməsini arzu edər; halbuki ömür verilmək/çox uzun yaşamaq onu əzabdan uzaqlaşdırmayacaq. Allah onların nə etdiklərini çox yaxşı görəndir.