Əlixan Musayev:
Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanılacağınız Allahdan qorxun!
Bünyadov-Məmmədəliyev:
Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ehramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. Ehramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız Allahdan qorxun!
Elmir Quliyev
:
Вам дозволены морская добыча и еда во благо вам и путникам, но вам запрещена охотничья добыча на суше, пока вы находитесь в ихраме. Бойтесь Аллаха, к Которому вы будете собраны.
Ələddin Sultanov:
Həm sizə, həm də yolçulara bir dolanacaq olsun deyə dənizdə ov etmək və onu yemək sizə halal edildi. Ehramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun!
Kerbelayi Malik ağa:
Sizin üçün və səfərdə olanlar üçün dəniz ovu və onun yeyilməsi bir məta olaraq (bir fayda olaraq) halal qılındı. Quruda ov etmək isə, ihramda olduğunuz müddət içərisində sizə haram qılındı. Hüzurunda həşr olunacağınız Allaha qarşı təqva sahibi olun.
Ələsgər Musayev:
Halaldır dəniz ovu və onun təamı mətah olaraq sizin
üçün və seyr edənlər üçün. Haram oldu sizə çöl ovu nə qədər
ki, siz haramdasız. Qorxun Allahdan – Odur ki, Onun hüzuruna
toplanacaqsınız!
A.Mehdiyev və D.Cəfərli:
Sizin və müsafirlər üçün bəhrələnmək vasitəsi olsun deyə, sizə (ehram halında olarkən) dənizdən ov ovlamaq və ondan yemək halal edildi. Nə qədər ki, ehramdasınız sizə qurudan ov ovlamaq haramdır. Qorxun o Allahdan ki, Onun hüzuruna toplanılacaqsınız.
Kövsər Tağıyev:
Sizin üçün də, yolçular üçün də bir dolanışıq olaraq dəniz ovu etmək və dəniz məhsullarını yemək sizə halal buyuruldu. Quru ovu isə ehramlı olduğunuz müddətcə sizə haram buyuruldu. Hüzurunda toplanacağınız Allaha qarşı gəlməkdən çəkinin.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin və səfərdə olanların istifadəsi üçün dəniz ovu etmək və onu yemək sizə halal edilmişdir. İhramda olduğunuz halda quruda ov etmək isə sizə haram edilmişdir. Hüzuruna toplaşacağınız Allahdan qorxun!
Sabirə Dünyamalıyeva:
Su ovu və onun yeyilməsi, sizə və səfərdə olanlara fayda vermək üçün sizə halal edildi. Quru ovu isə, siz həcc vəzifəsini yerinə yetirdiyiniz müddətdə sizə haram edilmişdir. Və hüzuruna toplanacağınız Allahın mühafizəsi altına daxil olun.