Əlixan Musayev:
Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən.
Bünyadov-Məmmədəliyev:
(Ey Muhəmməd!) Biz (Quranı) sənin dilinlə asan (hamıya müyəssər) etdik ki, onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə (Cənnətlə) müjdə verəsən və inadkar bir camaatı (batil dəlillərlə mübahisə aparan Məkkə müşriklərini Cəhənnəmlə) qorxudasan.
Elmir Quliyev
:
Мы облегчили его (Коран) на твоем языке для того, чтобы ты обрадовал им богобоязненных людей и предостерег им злостных спорщиков.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Biz onu (Quranı) onunla müttəqilərə müjdə verəsən və inadkar bir qövmü xəbərdar edəsən deyə, sənin dilinlə (ərəb dilində nazil edərək) asanlaşdırdıq.
Kerbelayi Malik ağa:
Beləcə Biz Onu (Qurani Kərimi) sənin dilinlə asanlaşdırdıq. Onunla təqva sahiblərini müjdələməyin və inadçı qövmü xəbərdar etməyin üçündür.
Ələsgər Musayev:
Biz onu yüngül
etdik sənin dilinlə ki, bəşarət verəsən onunla müttəqilərə və
nəzərinə çatdırasan onunla o qoumun ki, tərsdirlər.
A.Mehdiyev və D.Cəfərli:
Bunu (Qur’anı, yuxarı aləmdə ərəbcə tənzimləməklə) sənin dilində yalnız ona görə asanlaşdırdıq ki, onun vasitəsi ilə təqvalılara müjdə verəsən və inadkar düşmənləri qorxudasan.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Biz Qur`anı sənin dilinlə (endirib) asanlaşdırdıq ki, onunla Allaha qarşı gəlməkdən çəkinənləri müjdələyəsən, inadkar bir qövmü də xəbərdar edəsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu [Quranı] sənin öz dilində (sənə) müyəssər etdik ki, müttəqilərə onunla müjdə verəsən və inadkar adamlara xəbərdarlıq edəsən.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, bu iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyənlər [ki var]; Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah], onlar üçün məhəbbət yaradacaq.