Əlixan Musayev:
De: “Cəbrailə düşmən olan kəs (bilsin ki,) Allahın izni ilə (Quranı) özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən (bir kitab) kimi sənin qəlbinə o nazil etmişdir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Quranı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir.
Elmir Quliyev
:
Скажи: "Кто является врагом Джибрилу (Гавриилу)?" Он низвел его (Коран) на твое сердце с соизволения Аллаха в подтверждение правдивости того, что было прежде, в качестве верного руководства и благой вести для верующих.
Ələddin Sultanov:
De: “Cəbrailə düşmən olan kəs bilsin ki, onu (Quranı), ondan əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün də hidayət və müjdəçi kimi Allahın izni ilə sənin qəlbinə nazil edən Odur!”
Kerbelayi Malik ağa:
Cəbrayıla düşmən olan kimsəyə de ki: ‘Şübhəsiz ki, O (Cəbrayıl ə.s) onların əllərindəki (kitabları) təsdiq edən O (Quranı), Allahın icazəsiylə möminlərə bir hidayət (rəhbəri) və müjdə olaraq sənin qəlbinə endirdi.’
Ələsgər Musayev:
De: «Kim oldu ədavətli
Cəbrail üçün....» və həqiqətən, o nazil etdi onu sənin qəlbinin
üzərinə izni ilə Allahın - təsdiq edir özündən qabaqkıları və
hidayətdir və bəşarətdir inananlar üçün.
A.Mehdiyev və D.Cəfərli:
(«Cəbrailə düşmənik və buna görə də səni qəbul etmirik» – deyən yəhudilərin cavabında) de: «Cəbrailə düşmən olan kəs (əslində Allahın düşmənidir, çünki) o, Qur’anı sənin qəlbinə Allahın əmri (və ya əzəli iradəsi) ilə ondan qabaq olan (səmavi kitab)ların təsdiq edicisi və möminlər üçün hidayət və müjdə olaraq nazil edib.»
Kövsər Tağıyev:
De ki: “Kim Cəbrailə düşməndirsə, bilsin ki, o, Allahın izni ilə Qur`anı əvvəlki kitabları təsdiqləyici, möminlər üçün də bir hidayət və müjdə olaraq sənin qəlbinə endirmişdir”.2
M.Qənioğlu və T.Bilaloğlu:
De ki, kim Cəbrayıla düşmən olarsa bilsin ki, (Quranı), özündən öncə olanları təsdiq edici, iman edənlər üçün bir yol göstəricisi, bir müjdəçi olaraq (Quranı) Allahın izni ilə sənin qəlbinə nazil edən odur.
Sabirə Dünyamalıyeva:
De ki: "Kim Cəbrailə/Qurana düşməndirsə, hirsindən, qısqanclığından çatlasın, gəbərsin. -Şübhəsiz ki, Allah Cəbraili/Quranı, Özünün elmi ilə, iki əlinin arasında olanları/içindəkiləri təsdiqləyici [olaraq], möminlər üçün bir yol göstərən və müjdə olaraq, sənin qəlbinə nazil etmişdir. Onlar da bax bundan ötrü düşmən olmuşlar.-