Taha Surəsi 97. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Musa) dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə toxunmayın, mən sizə toxunmayım!”– deməli olacaqsan. Səni həm qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin tanrına bax. Biz onu yandıracaq, sonra da külünü dənizə sovuracağıq.
Bünyadov-Məmmədəliyev:
(Musa) dedi: “Çıx get burdan. Həyatın boyu (cəza olaraq): “Bir kəs mənə toxunmasın (mən bir kəsə toxunmayım)!” deməli olacaqsan. (Heç kəs səni dindirməyəcək, süfrəsinə buraxmayacaq, səninlə alış-veriş etməyəcək. Heç kəslə ünsiyyət etməyib tamamilə təcrid olunmuş bir vəziyyətdə yaşayacaqsan. Dəhşət səni bürüyəcək). Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vədə (qiyamət günü) gözləyir. İndi tapınıb durduğun tanrına (bütünə) bax. Biz onu yandıracaq, sonra da (külünü) dənizə atacağıq!
Elmir Quliyev :
Муса (Моисей) сказал: "Ступай! В этой жизни тебе придется говорить: “Я не касаюсь вас, а вы не касайтесь меня!”. А затем наступит срок, которого тебе не удастся избежать. Смотри же на своего бога, которому ты предавался. Мы сожжем его и развеем его по морю.
Ələddin Sultanov:
(Musa) dedi: “Elə isə, çıx get! Həyatın boyu: “Mənə yaxınlaşmayın!” - deməli olacaqsan. Həmçinin qurtula bilməyəcəyin bir əzab günü səni gözləyir. Sitayiş etdiyin tanrına bax! Onu mütləq yandıracaq, sonra da dənizə tullayacağıq.
Kerbelayi Malik ağa:
(Musa ə.s): ‘Artıq çıx get! Sən bütün həyatın boyunca ‘(mənə) toxunmayın’ deməli olacaqsan. Şübhəsiz ki, sənin üçün əsla vaz keçilməyəcək bir vəd (cəza) vardır. İsrarla tapındığın ilahına bax! Onu mütləq yandıracağıq. Sonra da əlbəttə onu toz halına gətirərək (küllərini) sovurub dənizə atacağıq.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Get burdan. Həqiqətən, sən həyatın boyu deyəcəksən: “Mənə toxunmayın!” sənin üçün vədə var ki, onda xilaf yoxdur. Nəzər sal öz ilahinə ki, ona sitayiş edirdin, biz onu yandıracaq, sonra dəryaya tökəcəyik ki, ondan əsər-əlamət qalmasın.
A.Mehdiyev və D.Cəfərli:
Musa dedi: «Belə isə (camaatın arasından) çıx sənin həyatdan payın mütləq «mənə toxunmayın» deməkdir (yoluxucu xəstəliyə görə hamı səndən qorxacaq ya ruhi xəstəliyə tutularaq sən hamıdan qorxacaq hamıya «mənə toxunmayın» deyəcəksən). Əlbəttə, sənin üçün barəndə xilaf çıxılmayacaq vədə vaxtı da vardır. İndi, (ibadətindən) heç vaxt ayrılmadığın o məbuda bax ki, onu mütləq odda yandıracaq, sonra külünü dənizə səpəcəyik.»
Kövsər Tağıyev:
Musa: “Çıx get! Artıq sən həyatın boyunca (xəstə olub): “Mənə toxunmaq olmaz!” deyəcəksən.” Sənin üçün əsla qaçıb qurtula bilməyəcəyin bir cəza da var. Durmadan tapındığın ilahına bir bax! Biz onu, əlbəttə, yandıracağıq onu dənizə sovuracağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə toxunmayın!" - deməli olacaqsan. Sənin üçün poza bilməyəcəyin bir vəd [əzab] olacaqdır. Sən sitayiş etdiyin öz tanrına bir bax. Biz onu yandıracağıq külünü dənizə sovuracağıq.
Sabirə Dünyamalıyeva:
Musa: "Haydı, get. Artıq sən ömür boyu 'Mənimlə təmas olmasın' deyəcəksən. Həm də, sənin üçün qətiyyən etiraz edə bilməyəcəyin bir görüş günü var. Bir bəndəlik etdiyin bu məbuduna bax" dedi. -Əlbəttə Biz onu yandıracaq, sonra da onu həqiqətən bol suda kökündən yıxacağıq.