Əlixan Musayev:
Bədəvilər kafirlik və münafiqlik baxımından daha betər, Allahın Öz Elçisinə nazil etdiyi qanunları bilməməyə daha meyllidirlər. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Bədəvilər küfr və nifaq baxımından daha pis (qəliz) və Allahın öz Peyğəmbərinə nazil etdiyi hökmləri (cahillikləri üzündən) bilməməyə (başa düşməməyə) daha layiqdirlər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev
:
Бедуины оказываются самыми упорными в неверии и лицемерии. Они больше других не признают ограничений, которые Аллах ниспослал Своему Посланнику. Воистину, Аллах — Знающий, Мудрый.
Ələddin Sultanov:
Bədəvilər kafirlik və ikiüzlülük baxımından həm daha pis, həm də Allahın Peyğəmbərinə nazil etdiyi hökmləri tanımamağa daha çox meyillidirlər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Bədəvi ərəblər küfür (inkar) və nifaq baxımından daha şiddətlidir. Allahın Rəsuluna endirdiyi şeylərin hüdudlarını bilməməyə daha meyillidirlər. Allah Alimdir, Hakimdir.
Ələsgər Musayev:
Ərəblər,
küfrdə və nifaqda şiddətlidirlər və yeri vardır ki, bilməyələr
həddini nə ki, Allah nazil edib rəsulunun üzərinə və Allah
Alimdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Cəmiyyətdən və mədəniyyətdən uzaq olduqları üçün) bədəvi ərəblərin küfr və nifaqları daha şiddətlidir və onlar Allahın Öz Peyğəmbərinə nazil etdiyinin hüdudlarını bilməməyə daha layiqdirlər. Allah bilən və hikmətlidir.
Kövsər Tağıyev:
Bədəvilər inkar və nifaq baxımından daha betərdirlər və Allahın peyğəmbərinə endirdiyi hökmlərin hüdudlarını tanımamağa daha meyillidirlər. Allah haqqı ilə biləndir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bədəvilərin küfrü və münafiqliyi daha şiddətlidir və onlar Allahın öz peyğəmbərinə nazil etdiyinin hüdudlarını [Allahın hökmlərini] daha çətin anlayanlardır. Həqiqətən, Allah hər şeyi biləndir və hikmət sahibidir!
Sabirə Dünyamalıyeva:
Bədəvi ərəblər, Allahın məbud və rəbb olduğuna inanmamaq və münafiqlik baxımından daha qəlizdirlər; Allahın, Elçisinə nazil etdiklərinin hüdudlarını bilməməyə/öyrənməməyə daha meyillidirlər Allah da ən yaxşı bilən, ən yaxşı qanun qoyandır.