Əlixan Musayev:
Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
Elmir Quliyev
:
Разве ты не видел, что сделал твой Господь с воинством слона?
Ələddin Sultanov:
Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi?! (Bu ayədə Kəbəni yıxmaq məqsədilə Məkkəyə hücum edən Əbrəhə və onun fillərdən ibarət olan ordusunun məhv edilməsindən bəhs edilir.)
Kerbelayi Malik ağa:
Sənin Rəbbin fil sahiblərinə nələr etdi, görmədinmi?
Ələsgər Musayev:
Ə, görmədinmi
necə rəftar etdi Rəbbin sahibləri ilə filin?
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Məgər (qəlb gözü ilə) görmədin və bilmədinmi ki, Rəbbinin fil sahibləri (Allahın evi Kə’bəni dağıtmaq üçün gəlmiş Əbrəhənin qoşunu ilə) necə rəftar etdi?!
Kövsər Tağıyev:
Rəbbinin fil sahiblərinə (bir fillə dəstəklənmiş orduya) nə etdiyini görmədinmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?
Sabirə Dünyamalıyeva:
Rəbbin, fili olan orduya/axmaqlar, ağılsızlar dəstəsinə nə elədi, görmədinmi/heç fikirləşmədinmi?