Əlixan Musayev:
Əlif. Ləm. Ra. (Bu,) Müdrik, (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır.
Bünyadov-Məmmədəliyev:
Əlif, Lam, Ra! Bu, ayələri hikmət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki,
Elmir Quliyev
:
Алиф. Лам. Ра. Это — Писание, аяты которого ясно изложены, а затем разъяснены Мудрым, Ведающим.
Ələddin Sultanov:
Əlif, Lam, Ra! (Bu Quran) hikmət sahibi və hər şeydən xəbərdar olan Allah tərəfindən ayələri möhkəmləndirilmiş, sonra da izah edilmiş bir kitabdır.
Kerbelayi Malik ağa:
Əlif, Lam, Ra. Bunlar Hikmətli Kitabın ayələridir.
Ələsgər Musayev:
Əlif. Lam. Ra.
Bu, bir kitabdır ki, onun ayəti möhkəm olunub, sonra Həkim
və Xəbir olan Allah tərəfindən müfəssəl edilibdir,
A.Mehdiyev və D.Cəfərli:
Əlif, Lam, Ra. (Mən bütün əşyaları görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın möhkəm və bu cür mütəşabih ayələri vardır. Bu hərflər Allahla Onun peyğəmbəri Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm arasında olan rəmzlərdir. Bu Qur’an) ayələri (kəlmələrinin fəsihliyi, quruluşunun möhkəmliyi, məzmununun xəta, ixtilaf və nəsxdən qorunması ilə) möhkəmlənmiş, sonra isə hikmətli və xəbərdar (Allah) tərəfindən (surələr, ayələr, hökmlər, əxlaqi göstərişlər və digər müxtəlif maariflərlə) ətraflı şəkildə izah edilmiş bir kitabdır.
Kövsər Tağıyev:
Əlif Ləm Ra. Bu Qur`an, ayələri hökm və hikmət sahibi (olan və hər şeydən) haqqı ilə xəbərdar olan Allah tərəfindən möhkəmlənmiş (nöqsansız, tutarlı və açıq-aydın)
M.Qənioğlu və T.Bilaloğlu:
Əlif, Lam, Ra. (Ey peyğəmbər de:) "Bu, hikmət sahibi, hər şeydən xəbərdar [Allah] tərəfindən olan, ayələri möhkəm təsbit edilmiş, sonra isə müfəssəl aydınlaşdırılmış elə bir Kitabdır ki,
Sabirə Dünyamalıyeva:
Əlif/1, Lam/30, Ra/200.