Nisa Surəsi 1. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan onlardan da bir çox kişi qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.
Bünyadov-Məmmədəliyev:
Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan onlardan da bir çox kişi qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!
Elmir Quliyev :
О люди! Бойтесь вашего Господа, Который сотворил вас из одного человека, сотворил из него пару ему и расселил много мужчин и женщин, произошедших от них обоих. Бойтесь Аллаха, именем Которого вы просите друг друга, и бойтесь разрывать родственные связи. Воистину, Аллах наблюдает за вами.
Ələddin Sultanov:
Ey insanlar! Sizi tək bir nəfsdən (Adəmdən) yaradıb, ondan zövcəsini (Həvvanı) xəlq edən o ikisindən bir çox kişilər qadınlar törədən Rəbbinizdən qorxun! Bir-birinizdən (bir şey) istədiyiniz zaman adından istifadə etdiyiniz Allahdan qohumluq əlaqələrini kəsməkdən çəkinin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir.
Kerbelayi Malik ağa:
Ey insanlar, Rəbbinizə qarşı təqva sahibi olun. O ki, sizi bir tək nəfsdən (Adəm əleyhissəlamdan) yaratdı. Ondan zövcəsini yaratdı ikisindən bir çox kişilər qadınlar törədib yaydı. Onunla (Onun adı ilə) bir-birinizdən (bir şeylər) istədiyiniz Allaha qarşı təqva sahibi olun rəhimlərdən (qohumluq haqqlarından) çəkinin. Şübhəsiz ki, Allah sizə nəzarət edəndir.
Ələsgər Musayev:
Ay insanlar, qorxun Rəbbinizdən! Odur ki, xəlq etdi sizi vahid nəfsdən xəlq etdi ondan öz zövcünü qaldırdı onlardan çoxlu kişilər qadınlar! qorxun Allahdan Odur ki, biri-birinizə Onunla sual edirsiniz qohumluğa yetişin. Həqiqətən, Allah sizin üzərinizdə Rəqibdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq gildən yaratdığı adam, insan bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan qohumlar(la əlaqəni kəsməkdən bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir.
Kövsər Tağıyev:
Ey insanlar! Sizi tək bir nəfsdən yaradan ondan da zövcəsini yaradan, ikisindən bir çox kişi qadın (meydana gətirib) törədən Rəbbinizə qarşı gəlməkdən çəkinin. Adı ilə bir-birinizdən istədiyiniz Allaha qarşı gəlməkdən qohumluq əlaqələrini kəsməkdən çəkinin. Şübhəsiz, Allah üzərinizdə gözətçidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey insanlar! Sizi tək bir candan xəlq etmiş, ondan da zövcəsini yaratmış, onların ikisindən isə çoxlu kişi qadın törədib yaymış olan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (lazımi şeylər) istədiyiniz Allahdan qohumluq əlaqələrini (kəsməkdən) qorxun! Həqiqətən, Allah üzərinizdə nəzarət edəndir.
Sabirə Dünyamalıyeva:
Ey insanlar! Sizi tək bir nəfsdən meydana gətirən, ondan zövcəsini yaradan o ikisindən bir çox kişi qadın əmələ gətirib yayan Rəbbinizin mühafizəsi altına daxil olun. Onun [adı ilə] bir-birinizdən [müxtəlif şeylər] dilədiyiniz Allahın qohumluğun mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah sizin üstünüzdə nəzarətçidir.