Əlixan Musayev:
Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən? Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
О Пророк! Почему ты запрещаешь себе то, что позволил тебе Аллах, стремясь угодить своим женам? Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Ey Peyğəmbər! Zövcələrin (səndən) razı qalsınlar deyə Allahın sənə halal etdiyini nə üçün özünə haram edirsən? Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Ey nəbi! Zövcələrinin razı qalmasını istəyərək Allahın sənə halal etdiyi şeyi nə üçün özünə haram edirsən? Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Ay nəbi! Nə üçün
haram edirsən nə ki, Allah sənə halal edib, çalışaraq
zövcələrinin razılığına? Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey Peyğəmbər, niyə Allahın sənə halal etdiyini (bal yeməyi və zövcə ilə yaxınlıq etməyi and içməklə) özünə haram edirsən?! Bununla (yerinə yetirlməsi daha münasib olan bu işi tərk etməklə) zövcələrinin razılığını arayırsan?! Allah bağışlayan və rəhm edəndir.
Kövsər Tağıyev:
Ey Peyğəmbər! Zövcələrini razı salmaq üçün niyə Allahın sənə halal buyurduğu şeyi sən özünə haram edirsən? Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey peyğəmbər, zövcələrin razılığını qazanmaq üçün Allahın sənə halal etdiyini nə üçün (özünə) haram [qadağan] edirsən?! Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Ey Peyğəmbər! Zövcələrinin razılıqlarını diləyərək Allahın halal etdiyi şeyi nə üçün sən özünə haram edirsən? Və Allah çox bağışlayan, çox rəhm edəndir.