Rəd Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Aranızdan sözü gizlədənlər də, onu açıq deyənlər də, gecə gizlənib, gündüz gəzib dolananlar da (Allah dərgahında) eynidirlər.
Bünyadov-Məmmədəliyev:
Sizdən sözünü gizlədən də, onu açıq deyəndə, gecənin qoynunda gizlənən də, gündüz aşkar gəzib dolanan da (Allah üçün) eynidir. (Allah kimin etdiyini bilir. Heç bir şey Ondan gizli qalmaz).
Elmir Quliyev :
Скрываете вы свои речи или произносите их вслух, прячетесь вы ночью или открыто передвигаетесь днем все вы равны перед Аллахом.
Ələddin Sultanov:
Sizdən sözünü gizlədən də, onu açıqdan deyən də, gecə gizlənən də, gündüz gəzib dolaşan da (Allah üçün) eynidir.
Kerbelayi Malik ağa:
Sizdən sözü gizləyən kimsə ilə onu açıqca söyləyən kimsə gecə gizlənib gündüz yoluna davam edən kimsə birdir. (O, hamısını bilir. ayə: 9)
Ələsgər Musayev:
Bərabərdir sizdən kim sirli danışa kim aşkar danışa onunla o kəs ki, məxfi ola gecə ilə çıxır gündüz ilə.
A.Mehdiyev və D.Cəfərli:
(Onun üçün) sizdən birinin sözünü (ürəyində) gizlətməsi (yaxud birinin qulağına pıçıldaması) ilə birinin onu aşkar etməsi, birinin gecə vaxtı gizlənməsi ilə gündüz aşkar şəkildə gəl-get etməsi eynidir.
Kövsər Tağıyev:
Sizdən sözü gizlədən də, açığa vuran da, gecə vaxtı gizlənən də, gündüz vaxtı aşkara çıxan da (Allaha görə) eynidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizlərdən sözü gizlədənlə açıq deyən də, gecələr gizlənənlə gündüzlər aşkar gəzib dolanan da (Onun üçün) eynidir.
Sabirə Dünyamalıyeva:
Sizdən sözü gizləyən kəs onu aşkar edən kəs, gecə gizlənənlə gündüz meydana çıxan kəs birdir.