Əlixan Musayev:
Qarşıda onları Cəhənnəm gözləyir. Nə qazandıqları şeylər, nə də Allahdan başqa tutduqları himayəçilər onları (əzabdan) qurtara bilməyəcəklər. Onları böyük bir əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Qarşıda (öləndən sonra) onları Cəhənnəm gözləyir. Nə qazandıqları dünya malı, nə də Allahdan başqa dost tutduqları (ibadət etdikləri bütlər) onlara bir fayda verəcəkdir (Allahın əzabını onlardan dəf edəcəkdir). Onlar böyük bir əzaba düçar olacaqlar!
Elmir Quliyev
:
Перед ними — Геенна. Не спасут их то, что они приобрели, и те, кого они взяли себе в покровители и помощники вместо Аллаха. Им уготованы великие мучения.
Ələddin Sultanov:
Onlar cəhənnəmlə qarşılaşacaqlar. Nə qazandıqları, nə də Allahdan başqa dost tutduqları (bütlər) onlara bir fayda verəcək. Onları böyük bir əzab gözləyir.
Kerbelayi Malik ağa:
Qarşıda onları cəhənnəm gözləyir. Qazandıqları şeylər onlara fayda verməz. Allahdan başqa dost tutduqları da. Onlar üçün böyük əzab vardır.
Ələsgər Musayev:
Onlardan arxada cəhənnəmdir. Qəni etməyəcək onlardan nə ki,
kəsb ediblər, şeynən və nə ki, götürdülər dostlar Allahdan
başqa. Onlar üçün əzəmətli əzab var.
A.Mehdiyev və D.Cəfərli:
Onların (dünyalarının) arxasında Cəhənnəmdir. Onların əldə etdikləri (mal-dövlət və məqam) və Allahın yerinə başçı və dost (olaraq) götürdükləri şey (Allahın) onlar(a olan əzabın)dan bir şeyi dəf etməyəcəkdir. Onlar üçün böyük əzab vardır.
Kövsər Tağıyev:
Arxalarında da cəhənnəm var. Dünyada qazandıqları və Allahdan başqa tutduqları dostlar onlara heç bir fayda verməz. Onlar üçün, əlbəttə, böyük bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar üçün arxada hələ cəhənnəm vardır. Onları nə qazandıqları şeylər, nə də Allahı qoyub özlərinə yaxın tutduqları himayəçiləri heç nədən qurtara bilməyəcəkdir. Onlar üçün böyük əzab vardır.
Sabirə Dünyamalıyeva:
Qazandıqları şeylərin və Allahın altındakılardan qəbul etdikləri himayəçi, yol göstərən yaxınların onlara heç bir faydası olmaz. Və onlar üçün böyük bir əzab vardır.