Təhrim Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər bunlar onları Allahdan heç cür xilas edə bilmədilər. Onlara: “Girənlərlə birgə ikiniz oda girin!”– deyildi.
Bünyadov-Məmmədəliyev:
Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “(Başqa) girənlərlə birlikdə siz ikiniz Cəhənnəmə girin!” deyildi.
Elmir Quliyev :
Аллах привел в качестве примера о неверующих жену Нуха (Ноя) и жену Лута (Лота). Обе были замужем за рабами из числа Наших праведных рабов. Они предали своих мужей, и те не спасли их от Аллаха. Им было сказано: "Войдите в Огонь вместе с теми, кто входит туда".
Ələddin Sultanov:
Allah kafirlər üçün Nuhun zövcəsini Lutun zövcəsini misal çəkdi. Onlar iki saleh bəndəmizin nikahı altında idilər. Ancaq onlar ərlərinə xəyanət etdilər. Buna görə Allaha (Allahın əzabına) qarşı heç bir şey onlara fayda verə bilmədi. Onlara: “Girənlərlə birlikdə siz cəhənnəmə girin!” - deyildi.
Kerbelayi Malik ağa:
Allah kafirlərə Hz. Nuhun Hz. Lutun xanımını örnək verdi. İkisi saleh qullarımızdan olan iki qulumuzun nikahı altında idi. Lakin ikisi xəyanət etdi. İkisinə Allahdan gələn bir əzaba qarşı onlardan (yoldaşlarından) bir fayda olmadı (onları qurtara bilmədilər). Onlara: ‘İkiniz atəşə girənlərlə birlikdə (atəşə) girin.’ deyildi.
Ələsgər Musayev:
Allah zərbə vurur məsəl o kəslər üçün ki, kafirdirlər, arvadını Nuhun arvadını Lutun. Bizim iki saleh bəndəmizin əmri altında olan bəndələr idilər. Onların hər ikisi xəyanət etdilər. Heç bir şey onları Allahdan qəni etmədi deyildi: «Daxil olun oda daxil olanlarla!
A.Mehdiyev və D.Cəfərli:
Allah kafir olanlara Nuhun zövcəsini Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər (ölüm anında) onlara deyildi: «Bərzəxin oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: «Daxil olanlarla birgə siz (əbədi) oda girin!»
Kövsər Tağıyev:
Allah inkar edənlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Bu ikisi qullarımızdan iki saleh adamın nikahında idilər. Onlara xəyanət etdilər, ərləri Allahın əzabından heç bir şeyi onlardan sovuşdura bilmədi. Onlara: “Atəşə girənlərlə bərabər siz girin!” deyildi.
M.Qənioğlu və T.Bilaloğlu:
AIIah Nuhun zövcəsini Lutun zövcəsini kafirlərə bir məsəl çəkdi. Onlar ikisi bəndələrimizdən olan iki əməlisaleh bəndənin nikahı altında idilər hər ikisi onlara xəyanət etdilər. Ərləri Allahdan (gələn) heç bir şeyi onlardan dəf edə bilmədilər. (Onlara) “Girənlərlə birlikdə siz cəhənnəm oduna daxil olun!" -deyildi.
Sabirə Dünyamalıyeva:
Allah kafirlərə [Özünün məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərə], Nuhun zövcəsi ilə Lutun zövcəsini misal çəkdi. O ikisi Bizim bəndələrimizdən iki saleh bəndənin alçaq zövcələri idilər. Sonra onlara xainlik etdilər. İkisinin əri peyğəmbər olmalarına baxmayaraq, Allahdan [gələn] heç bir şeyi onlardan dəf edə bilmədi. Və, "Daxil olanlarla birgə siz ikiniz cəhənnəmə daxil olun!" deyildi.