Əlixan Musayev:
Onu (günaha) batıran isə ziyana uğramışdır.
Bünyadov-Məmmədəliyev:
Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.
Elmir Quliyev
:
и понес урон тот, кто скрыл ее (опорочил, облек в несправедливость).
Ələddin Sultanov:
Nəfsini günaha batıran isə ziyana düşmüşdür.
Kerbelayi Malik ağa:
Kim nəfsinin qüsurlarını örtməyə çalışdısa, hüsrana uğramışdır.
Ələsgər Musayev:
Həqiqətdə zərər çəkdi o kəs ki, nəfsi
günaha batırdı onu.
A.Mehdiyev və D.Cəfərli:
Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!
Kövsər Tağıyev:
Onu günaha batırıb kirlədən isə ziyana uğramışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onu (günaha) batıran hər kəs isə artıq ziyana düşmüşdür.
Sabirə Dünyamalıyeva:
Onu bilə-bilə rədd eləyən isə mütləq ziyana uğramışdır.